Ərdoğandan unikal gediş və mat
Prezident Rəcəb Tayyib Ərdoğanın Litvanın paytaxtı Vilnüsdə NATO-nun kritik Zirvə Toplantısında verdiyi açıqlamalar dünyanın gündəmini zəbt edib. Dünya zirvədən çıxan qərarlardan danışarkən, ilk F-16 açıqlaması ABŞ prezidenti Co Baydendən gəldi. Bayden deyib ki, mən prezident Ərdoğan və Türkiyə ilə Avro-Atlantik regionda müdafiə və çəkindirmə imkanlarını yaxşılaşdırmaq üçün işləməyə hazıram. Onun açıqlamasının əks-sədası Ağ Evdən və NATO-dan da gəldi.
ABŞ prezidenti Co Bayden Prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə çatdırma öhdəliyindən sonra ABŞ-ın hakim dairələrində bir rahatlıq yaşanıb. Bayden verdiyi yazılı açıqlamasanda Prezident Ərdoğanın yaydığı bəyanatı alqışladığını bildirib. Bayden İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qarşılamağı səbirsizliklə gözlədiyini deyib. ABŞ prezidenti həmçinin NATO-nun baş katibi Stoltenberqə qətiyyətli dəstəyə görə təşəkkür edib.
ABŞ Dövlət Departamenti F-16-ların Türkiyəyə satışını açıq şəkildə dəstəklədiklərini və Türkiyənin Avropa İttifaqı hədəflərinə dəstək verməyə davam edəcəklərini bildirib. Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında mətbuat mənsublarının suallarını cavablandırıb. İsveçin NATO üzvlüyünün və F-16-ların satışının iki ayrı məsələ olduğunu qeyd edən Miller "Bir müddətdir F-16 satışında Türkiyəni dəstəklədiyimizi açıq şəkildə elan etdiyimiz üçün onlara özəl görüşlərdə də deyirik. Ancaq biz bunu belə olduğuna inanmırıq. Bir qrup Konqres üzvü var ki, bunun NATO üzvlüyü ilə əlaqəli olduğuna inanırlar", deyib. Miller Türkiyənin Avropa Birliyi (AB) hədəflərini dəstəkləməyə davam edəcəklərini və bunun AB ilə Türkiyə arasında bir məsələ olduğunu ifadə edib.
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivan deyib isə bildirib ki, Bayden F-16-ların satışını Konqreslə məsləhətləşərək Türkiyəyə göndərməyi planlaşdırır.

Yaşıl işıq və F-16-lar
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə ilə ABŞ arasında F-16-larla bağlı dialoqu alqışladığını bildirib və Türkiyənin ABŞ-dan F-16 döyüş təyyarələri almaq planının İsveçin Türkiyə, İsveç və NATO arasında əldə etdiyi razılaşmanın nəticəsi olduğunu bildirib. İsveçin NATO-ya üzvlük müraciəti, prezident Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və qatıldığı üçtərəfli görüşlə bağlı sualı cavablandıran Stoltenberq, "Bu zirvə hələ başlamamış tarixi oldu. İsveç NATO-ya tamhüquqlu üzv olacaq. Yəni, bu, İsveç, Türkiyə, bütün NATO və Baltikyanı region üçün yaxşıdır”, bildirib.
Stoltenberq Türkiyənin terrorla bağlı haqlı narahatlıqlarını ortaya atdığını və keçən il Madrid Zirvəsindən bu yana Türkiyə, İsveç və Finlandiya arasında imzalanan Üçtərəfli Memorandumun bunların aradan qaldırılması üçün işini davam etdirdiyini, İsveçin də bəzi addımlar atdığını bildirib.
Stoltenberq Türkiyənin ABŞ-dan F-16 döyüş təyyarələri almaq planı ilə bağlı sualı cavablandırarkən çox maraqlı məqamlara toxunub: "Bu, ABŞ-ın qərarıdır. Türkiyə təhlükəsizlik məsələlərində haqlıdır. Türkiyənin qonşuluğunda müharibə gedir və bu, müttəfiqimiz, NATO üzvü üçün açıq təhdiddir. Ancaq NATO silahlarını bu ölkədən çıxarır, silah ixracını məhdudlaşdırır. Bundan sonar Türkiyənin bir addımı gözlənilirdi ki, bunu da etdi. F-16-larla bağlı Türkiyə ilə ABŞ arasında dialoqu alqışlayıram. Amma bu, dünən əldə etdiyimiz konsensusun bir hissəsi deyil".

Türkiyənin Aİ-yə tam üzvlük məsələsi
Prezident Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO-nun kritik Zirvə toplantısında Türkiyə-Amerika münasibətlərinin canlandırılması, həmçinin Türkiyə ilə Aİ arasında tam üzvlük prosesi və NATO-nun yeni müdafiə planları baxımından danışıqların gərgin olduğunu deyə bilərik. Ərdoğan və Bayden arasında telefon danışığı Türkiyə tərəfinin verdiyi 3 mesaj diqqət çəkib. Sammit Türkiyə-Amerika münasibətləri ilə yanaşı, Türkiyə ilə Aİ arasında tam üzvlük prosesinin canlandırılması və NATO-nun yeni müdafiə planları baxımından da gərgin danışıqlara səhnə oldu. Cənab Ərdoğan İstanbuldan yola düşməzdən əvvəl Avropa paytaxtlarında gündəmi silkələyən çağırışa imza attı:
Sammitdən əvvəl Ərdoğan NATO-nun baş katibi C.Stoltenberqin xahişi ilə İsveçin baş naziri Kristerssonla iki mərhələli iclasda görüşüb. İsveç isə çox aydın və əlavə məcburi öhdəliklərlə həmin görüşə qatıldı. Türkiyə Prezidentinin üç mesajı diqqəti cəlb etdi:
Birincisi, NATO üzvlüyünü hədəfləyən İsveç terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirdiyi ölkə olaraq son addımlarında uğursuzluğa düçar oldu.
İkincisi Türkiyənin F-16 tələbini İsveçin NATO-ya üzv olması ilə əlaqələndirmək düzgün deyil.
Üçüncüsü, Türkiyə Aİ-yə üzvlük prosesini canlandırmaq istəyir. Bu istiqamətdə Aİ-dən də güclü liderlik gözlənilir.
İsveç ölkəsini PKK və FETÖ-yə təslim etməyəcəyini, Türkiyə ilə ikitərəfli təhlükəsizlik mexanizmi quracağını, ticarət və hərbi sanksiyalar tətbiq etməyəcəyini, gömrük ittifaqını yeniləməklə viza liberallaşdırılmasına dəstək verəcəyini qəti şəkildə təmin edib. Razılaşmaya əsasən tərəflər təmasları həm NATO daxilində, həm də hər iki ölkə nazirlərinin iştirakı ilə davam etdirəcəklər. Ankara, Stokholm və Brüssel razılaşıblar ki, terrorla mübarizə uzun müddətli prosesdir və bu istiqamətdə işlər NATO-nun genişlənməsindən sonra da davam etməlidir.
İlk iclasda İsveç terrorla necə mübarizə aparacağına dair planı Türkiyəyə təqdim etməlidir. Razılığa görə, həmçinin Stokholm heç bir terror təşkilatını dəstəkləməyəcək. Bundan başqa, Ankara və Stokholm arasında iqtisadi əməkdaşlıq başlayacaq. Ölkələr arasında silah ticarəti ilə bağlı məhdudiyyətlər yumşaldılacaq. Eyni zamanda, İsveç Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyəcək.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov isə bildirib ki, Birləşmiş Ştatlar cəmiyyəti NATO-nun Vilnüsdə keçiriləcək sammitində Rusiya əleyhinə qəbul ediləcək istənilən qərarı təsdiqləməyə hazırlayır. Onun sözlərinə görə, vəziyyət Rusiya ilə NATO arasında qarşıdurmada “ən əlverişsiz nəticəyə doğru sürüşməkdə” davam edir. Bir müddət əvvəl Litva prezidenti bildirib ki, NATO-nun alyansla Moskva arasında münasibətlər və əməkdaşlığa dair fundamental aktı etibarsız sayması və Rusiya sərhədləri yaxınlığında daimi hərbi bazalar yaratmasının vaxtı çatıb.
Mariya Zaxarova qeyd edib ki, NATO-nun Vilnüsdə keçiriləcək sammitində Ukraynaya dəstək üçün rəngarəng tamaşa göstəriləcək. Daha əvvəl Anatoli Antonov bildirmişdi ki, Rusiya beynəlxalq problemləri sülh yolu ilə həll etməyə çalışır, lakin birqütblü dünya düzənindən əl çəkməyə hazır olmayan rəqiblərin müqaviməti ilə üzləşir. Diplomat qeyd edib ki, parçalanma "təhlükəli çağırışların və təhdidlərin yayılmasına gətirib çıxarır, bunlardan başlıcası terrorizm və kütləvi qırğın silahlarının yayılmasıdır".

Xarici media NATO sammitindən yazır
Bu həftə başlayan NATO-nun Vilnüs sammiti artıq dünya mətbuatının diqqətini cəlb edib. Onun əsas problemi, ekspertlərin fikrincə, Ukraynanın alyansa daxil olması məsələsində müttəfiqlərin açıq şəkildə parçalanması və kompromis tapmaqda çətinlik çəkir.
Financial Times (London, Böyük Britaniya)
Alyansı parçalamaq təhlükəsi yaradan məsələ Ukraynanın ona qoşulmaq ambisiyalarıdır. Polşa, Baltikyanı ölkələr və Ukraynanın özü də daxil olmaqla bir düşərgə ölkənin NATO-ya üzvlüyü üçün sürətli bir yola salınmasını istəyir. ABŞ-ın rəhbərlik etdiyi və Almaniyanın dəstəklədiyi digəri isə prosesi ləngitmək və Ukrayna üçün başqa formada təhlükəsizlik təminatları irəli sürmək istəyir. Güman ki, mahir diplomatlar bu ziddiyyətləri kağız altında gizlədəcək ifadələr tapacaqlar.
NATO-nun yekun rəyi budur ki, Ukraynanın gələcəkdə alyansa üzv olacağı təsdiqlənəcək, lakin orada sürətləndirilmiş proseslə bağlı heç bir vəd olmayacaq. Bununla belə, bütün bunların arxasında Ukraynadakı münaqişənin necə sona çatması və sülhün necə təmin edilməsi ilə bağlı əsaslı fikir ayrılıqları dayanır... Ukrayna təbii ki, NATO-da daha təhlükəsiz olacaq və təcrübə göstərir ki, Rusiya NATO Nizamnaməsinin 5-ci maddəsi ilə qorunan ölkəyə hücum etməyəcək. Amma reallıqda Amerikanın mövqeyi üstünlük təşkil edəcək. Çünki bütün NATO ölkələrinin müdafiə xərclərinin təxminən 70%-i ABŞ-ın payına düşür. Ona görə də NATO siyasəti son nəticədə Brüssel və ya Vilnüsdə deyil, Vaşinqtonda həll olunacaq.
The Wall Street Journal (Nyu York, ABŞ)
Şimali Atlantika Müqaviləsi Təşkilatının liderləri bu həftə Vilnüsdə illik sammitini keçirəcəklər və ittifaqın dirilişinin nümayiş olunacağını söyləmək çox xoşdur. Dirçəlişin əsas məqamları ABŞ və digər müttəfiqlərinin Ukraynanın hərbi xərclərini təmin etmək qərarı oldu. Kansler Olaf Şolz "dönüş nöqtəsi" olan nitqində Almaniyanın və digər tərəfdaşların NATO daxilində ümumi təhlükəsizliyi bərpa etmək üçün daxili siyasi transformasiyaya ehtiyacı olduğu bildirdi. Vilnüsdə ilk vəzifə çətin əks-hücum və bundan sonra nə olursa olsun Ukraynanı dəstəkləməyə davam etmək olacaq. Qərb liderləri Ukraynanın qeyd-şərtsiz qələbəsini istədiklərini söyləməkdən çəkinirlər. Bu, Qərbin qətiyyəti barədə Kremlə qarışıq siqnallar göndərdiyi üçün səhvdir. Lakin həlledici qələbəyə mane olan müttəfiqlər güc mövqeyindən Ukraynaya sülh danışıqlarına kömək etməkdə maraqlıdırlar. Bu isə Ukraynaya daha təkmil silahların tədarükü deməkdir.
NATO genişlənməsini başa çatdırmalıdır... Finlandiya artıq üzvdür, lakin Türkiyə ağlabatan səbəb olmadan İsveçin NATO-ya girişini əngəlləyirdi. Bu həftə keçiriləcək sammit digər liderlər üçün cənab Ərdoğana bloka üzvlüyün Türkiyə üçün faydalı olduğunu xatırlatmaq üçün bir fürsətdir və bu, komanda şəklində oynamaq öhdəliyi ilə gəlir.
The New York Times (Nyu York, ABŞ)
Prezident Bayden və alyansa üzv dövlətlərin liderlərinin Litva toplantısında Ukraynanın NATO-ya hələlik qəbul edilməyəcəyi bəllidir. İsveç də çox güman ki, onun girişinə hələ də Türkiyənin əngəl törətməsi səbəbindən Bloka üzv ola bilmir. Danışıqlar artıq aylardır davam edir və bu danışıqlar NATO-nun 31 ölkəsi, o cümlədən ən yeni üzv Finlandiyanın da qatıldığı Vilnüs Sammitinə qədər tamamlanmalı idi. Alyans daxilində qızğın danışıqlar davam edir. Baydenin hər addımda qeyd etdiyi kimi, NATO birliyinin müharibə davam etdikcə qorunub saxlanılmasının nə qədər çətinləşdiyi vurğulanır.
Sammitdə ən çətin sual Ukraynaya konkret nə vəd ediləcəyi ilə bağlıdır. NATO rəsmiləri yekun kommünikedə "Ukraynanın haqlı yerinin NATO alyansında olduğunu" söyləməsi gözlənilir, lakin "şərtlər imkan verdikdə" sözlərinin əlavə edilməsi və bu şərtlərdən bəzilərinin təfərrüatlı şəkildə göstərilib-edilməməsi ilə bağlı müzakirələr gedir. Ancaq ifadədən başqa, Ukraynanın oraya necə və hansı proses vasitəsilə çatması mübahisəli olaraq qalır.
Die Tageszeitung (Berlin, Almaniya)
Nadir hallarda NATO sammitləri belə əlamətdar olub. Və nadir hallarda onların nəticələri belə qeyri-müəyyən olub. NATO-ya üzv 31 ölkənin dövlət və hökumət başçıları Vilnüsdə görüşəndə... bu çərşənbə axşamı, demək olar ki, heç nə aydın olmayacaq. Bazar ertəsindən belə əminlik yoxdur ki... Prezident Zelenski dəvəti qəbul edəcək... Ən pis halda uğursuzluq riski var.
NATO üzvü olan ölkələrin əksəriyyəti Ukraynanı NATO-da görmək istəyir. Co Bayden və Olaf Şolz isə bunu istəmir. Əgər NATO üzvləri bu mübahisəni birbaşa həll etməyə başlasalar, o zaman sammit pozulacaq... Ona görə də müxtəlif cür şərh oluna biləcək bəzi kompromislər icad ediləcək və bunun nəticəsi o olacaq ki, Ukrayna nə vaxt NATO-ya üzv olmağa icazə veriləcək. Bu isə Ukraynanı qane etməyəcək.
İyulun 11-dən 12-dək Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO-nun sammitinin əsas gündəliyinə üç aspekt daxildir: Ukrayna məsələsi, İsveçin NATO-ya daxil olması və Çinin yüksəlişi ilə bağlı problemlərin həlli üçün Asiya-Sakit Okean regionunun işlərində iştirak. Hesabatlara əsasən, NATO-ya üzv ölkələrin bu üç məsələdə müxtəlif dərəcədə fikir ayrılığı var. Lakin bu üç sual NATO-nun ixtisarını və geri çəkilməsini deyil, aqressivliyini vurğulayır. Rusiya-Ukrayna münaqişəsi başlayandan NATO-ya üzv ölkələr Qərb sivilizasiyası ideologiyası bayrağı altında birləşmələrini gücləndiriblər. Eyni zamanda, üzv ölkələr və liderlər NATO-nun genişlənməsi üçün əvvəlkindən daha güclü ambisiyalar nümayiş etdirirlər. Bu, ənənəvi NATO siyasətindən fərqlidir, onun mərkəzində müdafiə dayanır.
NATO-nun aqressivliyi təkcə hərbi çəkindirmə gücünün genişlənməsi deyil, həm də dəyərlərin genişlənməsidir. Məhz bu “əsl niyyət” üzündən NATO-nun genişlənməsi öz vizyonunda sözdə qlobal təhlükəsizliyi ehtiva edir... Asiya-Sakit Okean regionunda fəaliyyətlə bağlı NATO daxilində fərqli fikirlər görsək də, daha çox diqqət yetirməli olduğumuz şey güclü NATO daxilində davamlı olaraq genişlənmə arzusudur. NATO daxilində genişlənmə ilə bağlı mövcud fikir ayrılıqları, əsasən, genişlənmək və ya olmamaq ilə bağlı deyil, daha çox, hansı genişlənmənin həyata keçirilməsi, yavaş və ya sürətli olması ilə bağlıdır...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB