ABŞ tərəflər arasındakı danışıqları dəstəkləyir

ABŞ tərəflər arasındakı danışıqları dəstəkləyir

ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsini dəstəkləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.

“Biz razılaşmanın əldə olunmasının mümkünlüyünə hələ də inanırıq və gələcək danışıqları səbirsizliklə gözləyirik", - deyə Metyu Miller bildirib.

Danışıqların davam etdirilməsi üçün qarşıdakı aylarda Vaşinqotunun mövqeyinin nədən ibarət olacaq sualına isə Miller "bu barədə heç nə deyə bilmərəm" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə