"Erməni heç vaxt öz sözünün sahibi olmayıb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Erməni heç vaxt öz sözünün sahibi olmayıb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibədən sonra xalqa müraciətində deyirdi: “Zaman gələcək biz Ermənistanla qonşu dövlətlər arasında olan münasibətləri quracağıq. Amma ermənilərin bizə qarşı törətdikləri qətnamları, vəhşilikləri, faşist düşüncəsini heç vaxt unutmamalıyıq”. Bunlar təcrübədən gələn fikirlərdir. Təcrübə göstərir ki, ermənilər yaramaz, ikiüzlü, qəddardır. Ermənilər gözyaşı tökməklə özünə arxa-dayaq toplayıb. Amma bütün tarix boyu bir fikir hakim olub”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, heç vaxt Ermənistanı qızışdıran dövlətlər sona qədər onu müdafiə etməyiblər: “Çünki erməni elə bir xislətin sahibidir ki, heç vaxt sözünün üstündə durmur. Ermənistana arxa çıxan dövlətlər belə son nəticədə özlərini ona görə pis vəziyyətə qoymurlar. Bu gün Ermənistanı ondan çox istəyən Fransa prezidenti Makrondur. Bəs Makron nə edə bilir ki? O, Fransada erməni əsilli vətəndaşlarla görüşəndə deyir ki, mən Azərbaycan Prezidentinə təsir göstərirəm. Makron bu addımı ilə özünü gülünc hala salır. İt hürər, karvan keçər. Azərbaycan dövlət başçısı səviyyəsində hər zaman qeyd edir ki, Ermənistana inanmır”.

Deputat sözlərinə davam edərək bildirib ki, erməni heç vaxt öz sözünün sahibi olmayıb: “Bugünkü gündə də düşmən yüzlərlə təxribata əl atır. Lakin indi erməninin boğazı bizim əlimizdədir. Artıq 30 il öncəki Azərbaycan idarəçiliyi yoxdur. 44 günlük müharibə ilə Cənubi Qafqazın siyasi xəritəsi dəyişilib. Bu, yazılmamış qanundur ki, qalib kimdirsə söz sahibi də odur. Bu gün güclü, böyük iqtisadiyyata malik, dünyada qəbul olunan bir Azərbaycan var. II Qarabağ müharibəsi ilə Azərbaycan yalnız Ermənistana, onu müdafiə edən dövlətlərə deyil, bütün dünyaya öz gücünü göstərir. Ona görə də indi ermənilər çabalayır, Qarabağa silah gətirmək üçün min oyundan çıxır. Biz heç kimin torpağını işğal edib viran qoymamışıq. Biz dünyaya həqiqətləri bəyan edirik. Heç kimə inanmağı üçün yalvaracaq deyilik. Çünki Azərbaycanın buna ehtiyacı yoxdur. Açılan hər bir gün Azərbaycanın xeyrinədir. Ona görə ki Azərbaycan təcavüzkar dövlət deyil. Azərbaycan Prezidentinin də dediyi kimi, biz Ermənistanla sülh müqaviləsi bağlamaq istəyirik. Əgər Ermənistan bunu istəmirsə, bizim itirəcəyimiz heç nə yoxdur. Ermənistan isə burulğan içindədir. Ermənistanla sülh müqaviləsi bağlansa belə Azərbaycan ona etibar edəcək deyil. Çomağımız həmişə əlimizdə olacaq. Ölkə başçısının sözləri ilə desək, “dəmir yumruq” hər zaman hazırdır. Nə vaxt lazım olsa, o yumruq Ermənistanın başına dəyəcək və onu ən ağır vəziyyətə salacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə