“Azərbaycanın beynəlxalq miqyaslı təşəbbüsləri diqqətlə izlənilir və dəstəklənir” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın beynəlxalq miqyaslı təşəbbüsləri diqqətlə izlənilir və dəstəklənir” - DEPUTAT ŞƏRH ETDİ

“BOK-un prezidentinin cənab Prezident İlham Əliyevə etdiyi təşəkkür bir daha göstərir ki, Azərbaycanın beynəlxalq miqyaslı təşəbbüsləri diqqətlə izlənilir və dəstəklənir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu kimi addımları yüksək səviyyədə təqdir olunur: “Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi ilə təşkilatın nüfuzu daha da artıb. Hazırda Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təşkilatdır. Azərbaycana gələn ayrı-ayrı ölkə rəhbərləri də bu prosesə öz fikirlərini bildirir, Azərbaycanı dəstəkləyirlər. Azərbaycan fəal bir siyasət həyata keçirir və bu öz müsbət nəticələrini verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə