"İki dövlət arasında münasibətlər daha da inkişaf edəcək” - POLİTOLOQ ŞƏRH ETDİ
“Hazırda Azərbaycan-Özbəkistan əlaqələri müstəqillik qazandığımız dövrdən bəri ən yaxşı səviyyədədir. Xalq Cəbhəsinin dönəmində Azərbaycanla Mərkəzi Asiya arasında çox ciddi problemlər yaranmışdı. Özbəkistan uzun müddət Azərbaycanı qəbul etmirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, birinci dəfə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Azərbaycan nümayəndəsi İslam Kərimovla görüşüb: “Ulu Öndərin məktubu ona çatdırılıb və 1995-ci ilin aprel ayında Azərbaycan-Özbəkistan münasibətlərinin yaxşılaşdırılması haqqında razılıq alınıb. Daha sonra Daşkənd-Bakı münasibətləri yaxşılaşmağa başladı. Təbii ki, Ümummilli liderin bu sahədəki xidməti danılmazdır”.
Politoloq sözlərinə davam edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövründə də Azərbaycan və Özbəkistan arasında əlaqələr müsbət yöndə qurulub: “Xüsusilə Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçildikdən sonra bu əlaqələr yüksək səviyyəyə çatıb. Dünən yenidən Özbəkistanda prezident seçkiləri keçirildi. Konstitutsiya dəyişdikdən sonra Özbəkistanda prezidentlik müddəti 5 ildən 7 ilə qaldırıldı, eyni zamanda ölüm hökmü ləğv edildi. O cümlədən, Özbəkistan özünü sosial dövlət elan etdi. Türk Dövlətləri təşkilatında da bizim fəaliyyətimiz yüksək səviyyədədir. Artıq Özbəkistan siyasi-iqtisadi baxımdan kifayət qədər bizə yaxındır. Azərbaycan və Özbəkistan arasında əlaqələrin bugünkü səviyyəsi Prezident İlham Əliyevin güclü xarici siyasəti nəticəsindədir. İnanıram ki, bu iki dövlət arasında münasibətlər daha da inkişaf edəcək”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB