Azərbaycan Ordusunun yaradıcı kollektivinin Astanadakı çıxışları böyük maraqla qarşılanıb - FOTO

Azərbaycan Ordusunun yaradıcı kollektivinin Astanadakı çıxışları böyük maraqla qarşılanıb - FOTO

Qazaxıstanın Astana şəhərində “Astana - Mədəniyyət karvanı” adlı birinci beynəlxalq hərbi-musiqi festivalı keçirilir. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, festivalda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi təmsil edir.

Astana şəhərinin müxtəlif ictimai yerlərində ölkəmizin təmsilçilərinin təqdim etdiyi musiqi nömrələri, hərbi marşlar və milli rəqslər şəhər əhalisi və turistlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda iştirakçılar müxtəlif beynəlxalq, milli və xalq folklorunu özündə əks etdirən mahnılar, milli rəqslər və ifalar nümayiş etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə