“Məktub ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın ifadəsidir” - DEPUTAT ŞƏRH ETDİ
“Cənab Prezident İlham Əliyevin ABŞ prezidenti Cozef Baydenə məktubu ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın ifadəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, məktubun ilk cümləsində cənab Prezident “Dost Amerika xalqı” ifadəsini işlədir: “Bu artıq Azərbaycan Prezidentinin, dövlətinin və cəmiyyətinin Amerika xalqına münasibətinin bir ifadəsidir. Məktubda iqtisadi əlaqələrimizin möhkəmləndirilməsi, terrorizmə qarşı birgə mübarəzinin aparılması və Azərbaycan-Amerika əlaqələrinin daha da yüksəldilməsi istiqamətində cənab Prezidentin fikirləri yer alıb. Şübhəsiz ki, terrorizmə qarşı mübarizə bu gün dünyanın ən aktual məsələlərindən biridir və Azərbaycan da bu məsələdə hər zaman özünün sadiqliyini göstərib. Hazırda da Azərbaycan sülhməramlıları bir neçə ölkədə terrorizmə qarşı mübarizədə fəal iştirak edirlər.
Azərbaycan-Amerika əlaqələri fonunda Azərbaycanın enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasında Amerikanın dəstəyinin ifadə olunması da ciddi məqamlardan biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB