“Bu məsələ beynəlxalq jurnalistka ilə bağlı konvensyaların pozulmasıdır” - DEPUTAT MÜNASİBƏT BİIDİRDİ

“Bu məsələ beynəlxalq jurnalistka ilə bağlı konvensyaların pozulmasıdır” - DEPUTAT MÜNASİBƏT BİIDİRDİ

“28 iyunda AzTV-nin əməkdaşlarına qarşı fiziki təzyiqin göstərilməsi, çəkiliş aparılan texnikaları sındıraraq əllərindən alınması, media işçiləri silahla hədələnməsi Fransada insan hüquq və azadlıqlarının olmamasının göstəricisidir. Bu, həm də Fransada söz azadlığının məhdud olması və jurnalistlərin informasiya almaq hüquqlarının kobudcasına pozulmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “İrqi ayrı seçkilik və dözümsüzlüyün höküm sürdüyü Makron hakimiyyətində belə hallar adiləşmişdir. Küçədə əlcazairli yeniyetmənin güllənməsi, buna etirazını bildirənlərə qarşı amansız təzyiqlərin göstərilməsi və həbslərin aparılması, həm də çəkiliş aparan jurnalistlərə qarşı fiziki təzyiqin göstərilməsi və silahla hədləməsi Fransada adi hala çevrilmişdir.

Təbii ki, mətbuat əməkdaşlarımıza qarşı şiddətin göstərilməsinə görə Fransaya dövlət səviyyəsində etirazımızı bilıdiriləcək və şiddət işlədən şəxslər tapılaraq hüquqi müstəvidə tədbirlərin görülməsini tələb ediləcəkdir. Amma bu hadisə təkcə Azərbaycan jurnalistlərinə qarşı törədilmiş cinayət kimi qəbul olunmamalıdır. Bu məsələ beynəlxalq jurnalistka ilə bağlı konvensyaların pozulmasıdır. Ona görə media nümayəndələrimizə qarşı törədilmiş bu hadisəyə görə dünyanın və Avropanın mətbuat sahəsində birliyi nümayiş etdirən və jurnalistlərin hüquqlarını qoruyan təşkilatlara müraciətlər olunmalıdır. Məhz jurnalistlər birliklərinin həmrəyliyi sayəsində belə halların davam etməsinin qarşısını almaq olar. XXI əsrdə Fransada söz azadlığının məhdud olması təəssüf doğurucudur. Demokratiya sözdə yox, əməllərdə nümayiş olunmalıdır. Təəssüf ki, Fransada bu yox dərəcəsindədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə