"Biz heç kimdən torpaq istəmirik" - MÜNASİBƏT BİLDİRİLDİ

"Biz heç kimdən torpaq istəmirik" - MÜNASİBƏT BİLDİRİLDİ

“44 günlük müharibədə Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqazda və bütövlükdə regionda yeni geosiyasi reallıqlar yaranıb”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maariləfləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, yeni reallıqlar Azərbaycana qarşı tarixi ədalətsizlikləri özündə ehtiva edən çərçivələrin dağıdılmasını, yeni düzənin yaranmasını tələb edir: “1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan təkcə müstəqilliyini itirmədi. Eyni zamanda tarixi torpaqlarını da itirdi. İmperiya xristian təəssübkeşliyindən çıxış edərək türk müsəlman torpaqlarını Qafqazn xırda xalqlarına, o cümlədən ermənilərə pay verdi. 3 tarixi Azərbaycan xanlığının: Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazisində qondarma Ermənistan yaradıldı”.

Elman Cəfərli sözlərinə belə davam edib edib: “Üstəlik mühüm strateji əhəmiyyətə malik Zəngəzur bölgəsi Ermənistana bəxşiş verildi. Bu tarixi cinayət nəticəsində qədim torpağımız Naxçıvan ana yurddan Azərbaycandan aralı düşdü. Biz 70 il Sovet işğalı zamanı və 30 il də müstəqillik dönəmində buna dözdük. Ancaq indi reallıqlar dəyişib. Diktə edən tərəf bizik. Biz heç kimdən torpaq istəmirik. Sadəcə tarixi ədalətsizliyə son qoyulmalıdır. 2020-ci ilin 1 noyabr Üçtərəfli Bəyanatında Ermənistan da buna dair öhdəlik götürüb. Razılaşmaya əsasən Zəngəzur dəhlizi açılmalıdır. Bu, təkcə Azərbaycanı Naxçıvanla birləşdirməyək, Şərqlə Qərbi qovuşduracaq. Zəngəzur layihəsinin işə düşməsi Ermənistanın özünə hamıdan daha çox lazımdır. İqtisadiyyatı çöküşdə olan işğalçı ölkə üçün Zəngəzur bir şansdır. Görünən odur ki, Nikol Paşinyan iqtidarı buna razıdır. Sadəcə erməni diasporu, Fransa dövləti və Azərbaycanın güclənməsini istəməyən qonşu dövlətlər, özəlliklə də İran bu layihənin reallaşmasına qaşrıdır. Lakin tarixinin axınını durdurmaq olmaz. Heç bir qüvvə Zəngəzur dəhlizinin qarşısını kəsə bilməyəcək. Bu böyük layihə çox yaxın vaxtlarda reallaşacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə