Deputatlar Bolqarıstan Milli Assambleyasının Spikeri ilə görüşüb

Deputatlar Bolqarıstan Milli Assambleyasının Spikeri ilə görüşüb

Bolqarıstanda səfərdə olan Milli Məclisin deputatları Rauf Əliyev və Ramin Nəmmədov iyunun 21-də Bolqarıstan Milli Assambleyasının spikeri Rosen Jelyazkov ilə görüşüblər. Assambleyanın rəhbəri qonqları salamlayaraq, parlamentlər arasındakı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğuladı. Milli Məclisin rəhbərliyinin Bolqarıstana dəvət olunduğunu, tezliklə bu səfərin həyata keçirilməsini arzuladığını diqqətə çatdırdı.

Görüş zamanı Milli Məclisin deputatları Rauf Əliyev, Ramin Məmmədov və Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Azərbaycanın xarici siyasət gündəliyi, çoxtərəfli və ikitərəfli müstəvidə ölkələrimiz arasındamövcud əlaqələrin səviyyəsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması üçün atılan addımlar haqqında məlumat verdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə