"Ordumuz dünyanın ən qabaqcıl orduları cərgəsindədir" - DEPUTAT FİKİR BİLDİRDİ

"Ordumuz dünyanın ən qabaqcıl orduları cərgəsindədir" - DEPUTAT FİKİR BİLDİRDİ

“26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü ələmatdar günlərdən biridir. Ordumuzun yaranış günü olan bu bayram millətimiz tərəfindən qələbə qazanmış xalq olaraq qeyd edilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, silahlı qüvvələr, ordumuz dünyanın ən qabaqcıl orduları cərgəsindədir: “Azərbaycan ordusu qalib ordudur. Həm hərbçilərimizin döyüş hazırlığı, həm də maddi-texniki təchizatı olduqca irəlidədir.

Azərbaycan ordusunun, silahlı qüvvələrimizin bu qüdrəti özlüyündən yaranmayıb. Onu yaradan Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevdir. Bu gün gənclərimiz ordu sıralarına toy-bayrama gedirmişcəsinə gedirlər. Bütün bunlar Azərbaycan ordusunun necə bir inkişaf səviyyəsinə çatdığının göstəriciləridir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə