"İranın sanksiyalarla uzun müddət mübarizə aparmaq potensialı yoxdur" - MÖVQE BİLDİRİLDİ
"Bildiyiniz kimi İrana qarşı müəyyən sanksiyalar tətbiq olunur. Bu, sanksiyalar ilk deyil və son olacağını da düşünmürəm. Xüsusilə də, 2015-ci ildə İran ilə 5+1 (ABŞ, Böyük Britaniya, Çin, Rusiya, Fransa + Almaniya) formatında imzalanmış nüvə proqramına dair çərçivə razılaşmasına qədər belə sanksiyalar kifayət qədər sərt şəkildə tətbiq olunmuşdur".
Bu sözləri SİA-ya verdiyi açıqlamada politoloq Aytən Qurbanova deyib.
O, qeyd edir ki, son zamanlarda daxildə baş verən proseslərə və İranın nüvə proqramı ilə bağlı iddialı çıxışlarına cavab olaraq yenidən İrana qarşı geniş miqyaslı təsir imkanları olan sanksiyalar paketi tətbiq olunmağa başlayıb: "Düşünürəm ki, bu sanksiyalar müəyyən mənada İran üzərində təsir və təzyiq mexanizmləri yaratmaqla onun güzəştə getməsini hədəfləyir. İstənilən halda daxili qarşıdurmalar və narazılıqlar fonunda ölkənin bu sanksiyalarla uzun müddət mübarizə aparmaq potensialı yoxdur".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB