"Azərbaycan böyük qüvvələrin qarşısında duruş gətirə biləcək qüvvədədir" - DEPUTAT DANIŞDI
"Fransa ilə Ermənistanın yaxınlığının ən böyük səbəbi Fransada yaşayan ermənilərdir".
Bu sözləri SİA-ya verdiyi açıqlamada deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, ermənilər artıq uzun illərdir Fransada məskunlaşıblar və Fransanın dövlət siyasətinə, iqtisadi həyatına təsir edə biləcək qüvvələrə çevriliblər: "Fransa Ermənistanla bağları möhkəm olan bir ölkə olduğu üçün onlara dəstək verməsi həmişə gözləniləndir. Sözsüz ki, bu dəstəyin elə bir effekti olmadı. Fransanın dəstəklərinə rəğmən Azərbaycan torpaqlarını azad edibsə deməli bu dəstək ciddi addımlara qadir bir dəstək deyil. Bölgədə Fransanın maraqları arzuladığı kimi getmir. Azərbaycan bu cür böyük qüvvələrin qarşısında duruş gətirə biləcək, ona öz iradəsini diqtə edə biləcək qüvvədədir".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB