"Azərbaycan-Türkiyə qardaşlığı bütün dönəmlərdə mövcud olub" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan-Türkiyə qardaşlığı bütün dönəmlərdə mövcud olmuşdur və xalqlarımız arasında qardaşlıq münasibəti var. Bütün dönəmlərdə, çətin və sevincli günlərdə hər iki xalq və dövlət bir-birilərinə dəstək olub. Bu bütün dönəmlərdə belə olub və digər bütün xalqlar və dövlətlər bu mehribanlığa, münasibətlərə həsəd aparıb. Lakin tam əminliklə etiraf etməliyik ki, müasir Azərbaycanda və mütəqilliyimizdən sonrakı dövrdə, daha dəqiq desək, 1993-cü il Ulu Öndərin prezident seçilməsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı daha da artdı və münasibətlər daha da irəliləməyə doğru getdi. Münasibətlərdəki bu sürətlə gedən inkişaf 2003-cü ildən başlayaraq öz intibah dövrünü yaşadı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra Türkiyə ilə münasibətlərə çox önəm verdi: "Ölkə başçısı eynilə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək Türkiyə ilə münasibətləri daha da inkişaf etdirdi. Daha sonra isə Rəcəb Tayyib Ərdoğan da Türkiyədə hakimiyyətə gəldikdən sonra bu münasibətlər biz düşündüyümüzdən və arzuladığımızdan da çox artdı. Bu gün isə elə bir səviyyəyə gəlib çıxıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etmədiyi hansısa bir tədbirdə, konfranslarda Azərbaycanı da təmsil edə bilir. Bir tədbirdə dövlət başçısı İlham Əliyev belə qeyd etdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, mənim qardaşım burada yoxdursa, mən buradayam və Türkiyəni təmsil edə bilərəm”. Bu o deməkdir ki, Azərbaycan-Türkiyə qardaşlığı elə səviyyədədir ki, onlar bir-birini təmsil, təbliğ və müdafiə etmək gücündədirlər. Bu cür münasibətlər, eyni zamanda, nazirlər – xarici işlər nazirləri, müdafiə nazirləri səviyyəsində də mövcuddur. Türkiyə Azərbaycanın 44 günlük Vətən Müharibəsində yanında oldu və Azərbaycan ilə birgə hərəkət edib Azərbaycana siyasi dəstəyini verdi".
Politoloq sözlərinə davam edərək bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri iqtisadi sahədə də çox yüksək səviyyədədir və münasibətlər olduqca böyük rəqəmlərlə təzahür olunur. Eyni zamanda, Azərbaycanla Türkiyə birgə böyük layihələr icra edir və regionda baş tutacaq ən böyük layihələr məhz Türkiyə və Azərbaycanın iştirakı olmadan keçirilmir.
Müdafiə sənayesi sahəsində də böyük əlaqələrimiz var. Azərbaycanın hərbi sənayesində Türkiyhənin çox böyük rolu və dəstəyi var. Azərbaycanın arselanında Yürkiyənin istehsal etdiyi dronlarböyük əhəmiyyət kəsb edir və digər silah-sursatlar da çox yüksək səviyyədədir. Türkiyə-Azərbaycan münasibətləri isə artıq hərbi müttəfiqlik dərəcəsinə qaldırılıb və bu münasibətlər daha da inkişaf etməyə doğru gedir.
O cümlədən, Türkiyə-Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi çox önəmli və əhəmiyyətli bəyannamə və əməkdaşlıqdır. Bu bəyannamə Türkiyə-Azərbaycan müttəfiqliyinin rəmzidir və sütunlarıdır. Bu bəyənnamənin tərkibinə baxsaq görərik ki, bu, həm Azərbaycan, həm də Türkiyə üçün çox önəmlidir və Azərbaycan-Türkiyə qardaşlığının gələcəkdə daha da möhkəmlənməsi üçün çox vacibdir. Bu siyasi, hərbi, iqtisadi, mədəni münasibətlər və xalqlarımız arasındakı münasibətlər daha da güclənəcəkdir. Biz gələcəkdə Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdiyini və mütərəqqi addımlar atıldığını görəcəyik. Azərbaycan-Türkiyə iqtisadiyyatı birlikdə inkişaf edəcəkdir və hırbi sənayesi birlikdə qurulacaqdır. Artıq bu yöndə addımlar atılıb və artıq Türkiyə Ordusu Azərbaycan Ordusu, Azərbaycan Ordusu da Türkiyə Ordusu kimi başa düşülür. Bu çox əhəmiyyətli və önəmlidir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dövründə olan bu isti münasibət Türkiyə-Azərbaycan tarixində daha əvvəl heç görülməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB