"Azərbaycan ordusu uğurlu əməliyyatlarla tarixə düşdü" - DEPUTAT DANIŞDI
"Ölkəmizdə dövlət quruculuğu sahəsində bir çox məsələlər yüksək səviyyədə öz həllini tapıb. Dövlətin gücünün əsas göstəricilərindən olan milli ordumuz bu gün dünyanın sayılıb-seçilən orduları sırasına daxil olub. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan ordusu ilə bağlı çox vacib işlər görüldü, ordu quruculuğuna start verildi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, keçirilən təlimlər, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində vacib addımlar atıldı: "Cənab Prezident İlham Əliyev tərəfindən də bu siyasət böyük bir uğurla davam etdirilir.
Azərbaycan ordusu keçirmiş olduğu bir çox uğurlu əməliyyatlarla tarixə düşdü. Təbii ki, şanlı ordumuzun qazandığı ən böyük qələbə isə 44 günlük Vətən müharibəsində oldu. Ordumuzun şanlı əsgər və zabitləri qəhrəmanlıq salnaməsi yaratdılar. Əlbbətdə ki, bütün bu məsələlərin kökündə Vətənə məhəbbət durur.
ABŞ, Böyük Britaniya mütəxəssisləri hələ də Şuşa əməliyyatının sirrini öyrənməyə çalışırlar. Bu təcrübəni kitablaşdıraraq, bütün dünyaya çatdırırlar. Bu gün Azərbaycan ordusu bəzi xarici ölkə orduları ilə birgə bəzi təlimlərdən keçir, təcrübə mübadiləsi aparır. Artıq bütün Azərbaycan xalqı 26 iyun tarixini məhz milli ordumuzun sayəsində fəxr hissi və qürurla qeyd edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB