İran niyə Zəngəzur dəhlizinə qarşıdır? - DETALLAR - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

İran niyə Zəngəzur dəhlizinə qarşıdır? - DETALLAR - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İranın Zəngəzur dəhlizinin açılmasını istəməməsinin kökündə bir neçə amil dayandığı hesab edirəm. Birinicisi, İran Naxçıvanla əlaqə saxlamaqla Azərbaycanı daima özündən asılı vəziyyətdə saxlamaq istəyir. Torpaqlarımız işğal altında olduğu illərdə və indi də Naxçıvana quru yolla daşımalar İran ərazisindən keçir. Zəngəzur dəhlizinin açılmasından sonra həm quru yolla daşımalar, həm də kommunikasiyalar Zəngəzur dəhlizindən keçəcəkdir ki, bu da Naxçıvanla əlaqələrimizin təmin etməyimizdə İrandan tam şəkildə asıllığı aradan qaldırır. Hətta İran Zəngəzur dəhlizi açılmasın deyə bu dəhlizə paralel öz ərazisindən yeni nəqliyyat marşurutunuin tikilməsinə də razıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, ikinci amil isə Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşməsi bütün türk dünyasının birləşməsi deməkdir: "Hətta 100 il əvvəl Zəngəzuru Azərbaycandan qopardıb Ermənistana verənlərin məqsədi türk dünyasını parçalamaq olmuşdur. İran türk dünyasının birləşərək yenidən böyük gücə çevrilməsindən qorxur. Ona görə də hər bir vasitə ilə Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır".

Deputat sözlərinə belə davam edib: "Üçüncü amil isə bu dünyada yaranmış yeni vəziyyətlə bağlıdır. Bu gün yeni beynəlxalq marşurutların yaradılması aktuallaşıb. Zəngəzur dəhlizinin açılması Asiya ilə Avropanı birləşdirəcək yeni və sərfəli bir marşurutu ortaya çıxardır. Yəni, bu dəhlizin fəaliyyət göstərməsindən sonra İran kənarda qalır və region ölkələrinin İrandan asılılığı aradan qalxır. Ona görə də İran Zəngəzur dəhlizinin açılmasını istəmir və maliyyə tutumu baxımından rentabelli sayılmayan Ermənistan ərazisindən Gürcüstana və Qara dənizə yolunu açmağına çalışır. İran fikirləşir ki, Ermənistan ərazisindən Qara dənizə yolu açılarsa böyük bir coğrafiyanı özündən asılı vəziyyətə sala biləcək. Təbii ki, bu marşurutiun açılması maliyyələşmə baxımından real görünmür. Amma Zəngəzur dəhlizi real bir layihədir. Azərbaycan Zəngəzur dəhlizinə qədər olan bütün infrastrukuturu müsairləşdirib başa çatdırmaq üzrədir.

Hesab edirəm ki, dəhlizin Ermənistan ərazisindən keçən 40 km-lik bir hissəsinin bərpası da böyük maliyyə tələb etmədiyindən Zəngəzur dəhlizinin yaxın zamanlarda açılması üçün heç bir problem yoxdur. Bu dəhliz sovetlər vaxtında da işləmişdir. Yəni mövcud bir yolun bərpasını o qədər də çətin məsələ kimi görmürəm. Həm də 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizinin açılması nəzərədə tutulub. Bütün bunları nəzərə alaraq Zəngəzur dəhlizinin açılmasına qarşı olan İranın bütün cəhdlərinin yersiz və məntiqsiz olduğunu hesab edirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə