“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”

Müdafiə Nazirliyi: Ordumuzun Ermənistan silahlı qüvvələrinin bölmələrini atəşə tutması məlumatı yalandır
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”

İyunun 17-si saat 18:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə nazirliyin məlumatında qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə