Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Dünya səviyyəli dahi şəxsiyyət Heydər Əliyevin ölkələrimiz arasında diplomatik münasibətlərin, strateji əməkdaşlıq əlaqələrinin əsasının qoyulmasında böyük rolu olub. Azərbaycan-Belarus əlaqələri qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurulub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov iyunun 16-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu vurğulayan diplomat deyib: “Biz həmişə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və onun dəstəyinə arxalanırıq. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB