“Türkiyə prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Bu gün əlaqələrin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Ərdoğanın yenidən prezident seçilməsindən sonra ilk rəsmi səfərlərindən birini ölkəmizə etməsi də Azərbaycana olan diqqətinin göstəricisidir: “Keçirilən görüş qardaş ölkələr arasında daha böyük perspektivlər yaradacaq. Vətən müharibəsindəki qələbəmizdə də Türkiyənin böyük rolu oldu. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bütün sahələr üzrə əlaqələr yüksələn xətlə irəliləyir. Atılan addımlar gələcəkdə münasibətlərin daha da güclənəcəyinə dəlalət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB