ABŞ ultimatum formasında Qarabağın (“artsax”) hakimiyyət nümayəndələrini Azərbaycan nümayəndələri ilə görüşməyə məcbur edir, görüşdən imtina edəcəyi təqdirdə “artsax” ərazisində antiterror əməliyyatı keçirəcəyi ilə hədələyir.
SİA xəbər verir ki, bu məlumatı iyunun 15-də RİA Novosti ABŞ-dakı diplomatik mənbəyə istinadən yayıb.
Rus saytının yazdığına görə, Vaşinqton ultimatum formasında Qarabağ Respublikasının nümayəndələrini rəsmi Bakının nümayəndələri ilə görüş keçirməyə məcbur etməyə çalışır.
RİA Novosti-nin həmsöhbətinin sözlərinə görə, bu görüş amerikalı kuratorun iştirakı ilə üçüncü ölkənin ərazisində keçirilməli olacaq: “Vaşinqton ultimatum şəklində Qarabağ nümayəndələrini yaxın gələcəkdə Azərbaycan tərəfi ilə “üçüncü ölkədə” amerikalı kuratorun iştirakı ilə görüşə razılaşmağa məcbur edir”.
...Və onun əsas məqsədi, ABŞ-ı regiona daxil etməkdir. Əgər erməni tərəfi görüşməkdən imtina edərsə, bu halda Amerika tərəfi açıq şəkildə “artsax” ərazisində Azərbaycanın regionda antiterror əməliyyatı keçirəcəyi ilə hədələyir.
İnformasiya agentliyinin həmsöhbətinin sözlərinə görə, ABŞ-ın qondarma sülhməramlı təşəbbüsünü Dağlıq Qarabağın xarici işlər naziri, “Azərbaycanın maraqları ilə tam üst-üstə düşən” Sergey Qazaryan irəli sürür.
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Daimi Şurasının növbədənkənar iclası zamanı ölkəsinin təxminən 30 ildən sonra Ermənistanla “sülh astanasında” olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB