Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiye Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlığın daha da güclənəcəyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana etdiyi səfər çərçivəsində müşayiət edən Yaşar Gülər jurnalistlərin suallarını cavablandıraraq deyib: "İndiyə qədər olduğu kimi Türkiyə və Azərbaycan "bir millət, iki dövlət" şüarı ilə fəaliyyətlərini davam etdirəcək. Azərbaycanlı qardaşlarımızla əlaqələrimizi daha da inkişaf etdirəcəyik. Biz hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan Ordusunu daha da inkişaf etdirmək üçün hər cür dəstəyi verməyə hazırıq. NATO standartlarına uyğun olaraq birgə təlimlərimizi də davam etdirəcəyik''.
SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB