"Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji təhdidlər davam edir” - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji təhdidlər davam edir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji təhdidlər davam edir. Bu günlərdə erməni mediası xəbər yaydı ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Bu xəbər Azərbaycanda həyəcanla qarşılandı. Çünki göz gördüyündən qorxar”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, ermənilər 30 illik işğal dövründə Azərbaycanın yeratlı sərvətlərinə, flora və faunasına, meşə örtüyünə, su resurslarına qarşı amansız terror siyasəti həyata keçirib: “Sərvətlərimiz barbarcasına talanıb. Torpaqlarımızda zərərli tullantılar basdırılıb, zəhərli maddələr çaylarımıza axıdılıb. Kəlbəcərdə, Zəngilanda, Ağdərədə filiz mədənləri barbarcasına talan edilib. 30 il ərzində Zəngilan rayonu ərazisindən keçən Oxuçay çirkləndirilib və bu proses bu gün də davam edir. Çay hövzəsinin flora və faunası məhv edilir”.

Elman Cəfərli sözlərinə belə davam edib: “Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayı ekoloji fəlakət bölgəsinə çevirib. Çay o qədər çirkləndirilib ki, burada ağır metallar normadan artıq səviyyəyə çatıb. Təbii ki, bunun fəsadları da saymaqla bitən deyil. Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı çirkləndirir. 70 milyon dollar sərmayə yatırrılan, ABŞ şirkəti ilə birlikdə tikilən Arazdəyən metallurgiya zavodu Azərbaycana ekoloji təhdddir. Zavodu tikən “GTB Steel” şirkəti iddia edib ki, zavod Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir, yaxınlıqda flora və fauna, münbit torpaq qatı, tarixi abidələr və mühafizə olunan təbiət əraziləri yoxdur. Ancaq bu inandırıcı deyil. Çünki yerli ekofəalllar da buna etiraz edir. Bu müəssisə böyük ehtimalla zərərli istehsalat tullantılarını Araz çayına axıdacaq. Yaranmış durum bizi ciddi şəkildə narahat edir. Əvvəla, Ermənistan “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozub. Ermənistanın da imza atdığı həmin konvensiyaya görə, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir. Bundan öncə Azərbaycan dövlət qurumları, vətəndaş cəmiyyəti institutları Metsamor AES-lə bağlı həyəcan təbili çalmışdılar. Metsamor AES-in mənfi təsirlərinə məruz qalmaqdan qurtulmadan ikinci bir zərərli müəssisənin – metallurgiya zavodunun tikilməsi təhlükəni bir az da artıracaq. Həmin zavodun tikilməsi ilə ekoloji və qida təhlükəsizliyinə mənfi təsir daha da böyüyəcək. Ermənilər onsuz da Araz çayını kifayət qədər çirkləndirilib. Araz çayının sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur. Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. Arazdəyəndəki metallurgiya müəssisəsi işə düşərsə Araz çayının çirklənməsi daha da artacaq. Ərtaf mühiti çirklənməsi sürətlənəcək. Çayın və bölgənin eksositeminə ciddi ziyan vurulacaq. İnsanlarda müxtəlif xəstəliklər yayılacaq. Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan ciddi eko təhdidlə üz-üzə qalacaq. Bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Həmin zavodun tikilməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox böyük bir təhlükə olacaq. Hətta Ermənistan özü də bundan ziyan görəcək. Bizim Ermənistanın iqtisadi layihələrinə etirazımız yoxdur. Ermənilər öz ərazilərində sənaye müəssisələri tikə bilərlər. Lakin bu, beynəlxalq konvensiyalara uyğun olmalı, ətraf mühiti çirkləndirməməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə