“Məcburi köçkünlərlə görüşüb filmlər çəkilsin” - MİSİR MƏRDANOV

“Məcburi köçkünlərlə görüşüb filmlər çəkilsin” - MİSİR MƏRDANOV

“Qərbi Azərbaycanda yaşayan insanların sayı getdikcə azalır”. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq Təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

Misir Mərdanov sözlərinə belə davam edib: “ Elə bu ictimai dinləmədə baş redaktorlar da iştirak edir deyə tövsiyə edirəm ki, hələ gec deyil. O yerlərdən köçüb gəlmiş və məskunlaşmış insanlarla görüşsünlər, bu görüşlər çəkilsin və film kimi hazırlansın. Bu istiqamətdə iş aparılsa çox yaxşı olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə