Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini sürətləndirən layihə – Ələt Azad İqtisadi Zona

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədi ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bunun üçün də qeyri-neft sektorunu inkişaf etdirmək vacibdir. İndiyədək bu istiqamətdə xeyli iş görülüb. Xüsusilə texnoparkların və sənaye zonalarının yaradılması sayəsində qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artmaqda davam edir.

ƏLƏT AZAD İQTİSADİ ZONASI XARİCİ SƏRMAYƏDARLAR ÜÇÜN MARAQLI İNVESTİSİYA MƏKANINA ÇEVRİLƏCƏK

Dünən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasının Biznes Mərkəzində yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb. Diqqətə çatdırıldı ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.

ÖLKƏMİZDƏ QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFINDA AÇILAN YENİ SƏHİFƏ - ƏLƏT AZAD İQTİSADİ ZONA

Bəli, Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizdə qeyri-neft sektorunun inkişafında açılan yeni səhifə kimi böyük əhəmiyyətə malikdir. Əminliklə deyə bilərik ki, investorların buraya marağı çox böyük olacaq. Xüsusi qanunlarla idarə ediləcəyinə görə Ələt Azad İqtisadi Zonası xarici sərmayədarlar üçün maraqlı investisiya məkanına çevriləcək. Ələt İqtisadi Zonası burada yaradılacaq sosial infrastruktur və xarici sərmayədarlar üçün təqdim ediləcək imkanlar baxımından digər ölkələrdəki oxşar zonalardan daha cəlbedici olacaq.
Və pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması bu sahədə daha böyük dönüşə səbəb olacaq. Çünki indiyədək azad iqtisadi zonalar mövcud olduqları ölkələrdə iqtisadi inkişafa böyük töhfələr verib. Azərbaycanın da bu təcrübədən istifadə etməsi, şübhəsiz ki, ölkəmizə yeni uğurlar qazandıracaq.

Əlbəttə, bütün bunlar dövlət başçısının uğurlu iqtisadi strategiyası, həyata keçirilən iqtisadi islahatlar nəticəsində gerçəkləşib. Məhz cənab Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinin uğurla həyata keçirilməsi, cənab Prezidentin imzaladığı Sərəncama əsasən Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ölkəmizin sürətlə inkişafına zəmin yaradır. Azad iqtisadi zonalar ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaratmaqla, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük müsbət təsir göstərirəcək. Onu da vurğulamaq lazımdır ki, Ələt Azad İqtisadi Zonası xüsusi statusla, hasilatın pay bölgüsü statusuna bərabər statusla fəaliyyət göstərəcək. Bu statusun verilməsi xarici investisiyanın cəlb edilməsi baxımından vacibdir. Yeni güzəşt mexanizminin tətbiq olunması Ələt azad iqtisadi zonasına xarici investisiya cəlbini artıracaq. Burada artıq beynəlxalq hüquq normaları tətbiq ediləcək. Azərbaycanın öhdəliklərinin, eləcə də Ələt azad iqtisadi zonasında rezidentlərin öhdəliklərinin ayrıca qanunla müəyyənləşdirilməsi vacibdir. Təbii ki, bütün bunlar xarici investisiyanın cəlb edilməsinə imkan yaradacaq.

Bir sözlə, Ələt Azad İqtisadi Zonası ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirəcək və neft sektorundan asılılığın azaldılmasına töhfə verməklə yanaşı, həmçinin potensial investorlar üçün cəlbedici məkan olacaq.
Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi dediyi kimi: "Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə