Vilayət Eyvazovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib - FOTO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun İsmayıllıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik V.Eyvazov tərəfindən cari il iyun ayının 13-də İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulan Ağsu, İsmayıllı, Göyçay, Qobustan və Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu tarixi iyun ayının 20-nə dəyişdirilib.

“Qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 19.06.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur”, - məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə