“Ulu Öndərin əsasını qoyduğu hərbi məktəb öz bəhrəsini verdi“ - İCRA BAŞÇISI DANIŞDI

“Hər kəs çox yaxşı bilir ki, biz hansı vəziyyətdən hansı vəziyyətə gəlmişik. Ölkəmizin bütün inkişafının məntiqi nəticəsi olaraq torpaqlarımız işğaldan azad edildi”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Pirallahı RİH başçısı Vasif İmanov deyib.

Onun sözlərinə görə, bu qələbəmiz düşmənlərimizin sayını artırdı: “Lakin buna baxmayaraq bu müddət ərzində Ulu Öndərin miras qoyub getdiyi dövlətə rəhbərlik edən cənab Prezident düşünülmüş siyasət yürüdərək dövləti inkişaf etdirdi.

Ulu Öndərin əsasını qoyduğu hərbi məktəb öz bəhrəsini verdi. Həmin dövrdə hərbi məktəb yaratmaq çox çətin idi. Orada yetişənlər müharibədə böyük fədakarlıq göstərərək, bizi qələbəyə apardılar. Bunların hər biri Ulu Öndərin uzaqgörən, düşünülmüş siyasətinin nəticəsi idi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə