“Ulu Öndər gələcəyin ziyalı elitasının əsasını qoydu” - SƏDR DANIŞDI

“Ulu Öndər Heydər Əliyevin sayəsində hələ o dövrdə ölkənin milli təfəkkürlü insanları qorundu. Milli elitanın yaradılması üçün Ümummilli Lider Heydər Əliyev gəncləri xarici ölkələrin ən ali məktəblərinə göndərdi, təhsillərini başa vurduqdan sonra isə onları işlə təmin etdi”. SİA xəbər verir ki, bu sözləri YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov deyib.

Onun sözlərinə görə, məhz bu addımla gələcəyin ziyalı elitasının əsası qoyuldu: “Azərbaycan kişiləri 200 ilə yaxın bir müddətdə hərbi xidmətdən məhrum edilmişdi. Ulu Öndər isə hərbi məktəbin əsasını qoyaraq, Azərbaycanda yenidən hərbi xidmət, qəhrəmanlıq anlayışlarını xalqa aşılaya bildi. Beləliklə, 200 ildir sıxışdılıran hərbi, vətənpərvərlik duyğuları yenidən dirçəldildi. Eyni zamanda Ulu Öndər rayonlardan əhalinin Bakıya köçürülməsini təmin edərək, Bakını Azərbaycanın mərkəzinə çevirdi. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin xilaskarlıq siyasətinin parçalarıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə