“Azərbaycan haqlı olduğunu dünyaya bildirdi” - DEPUTAT DANIŞDI

“Azərbaycan haqlı olduğunu dünyaya bildirdi” - DEPUTAT DANIŞDI

“Ermənistan 2020-ci ildən ötən zaman ərzində davamlı olaraq hərbi təxribatlar törədir. Təbii ki, Ermənistanda aydın dərk edilir ki, gec-tez Azərbaycanın irəli sürdüyü haqlı şərtlər əsasında sülh sazişi bağlamalı olacaqlar. Azərbaycan kifayət qədər güclü mövqelərə malikdir və müvafiq olaraq danışıqlar masasında da öz mövqelərini müdafiə etmək iqtidarındadır. Hər şeydən öncə Ermənistan belə təxribatlar törətməklə Azərbaycanın cavab verməsinə nail olmaq istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Ermənistanın Avropada dəstəkçiləri də çoxdur: “Fransanın qərəzli mövqeyini xatırlatmaq yetərlidir. Ermənistan tərəfi dəfələrlə müəyyən Avropa platformalarında Azərbaycana qarşı qərəzli müzakirələrin aparılmasına nail olublar. Bu müzakirələr bütövlükdə Azərbaycana hər hansı bir təsir göstərməyib. Ermənistan Azərbaycana qarşı qərəzli mövqe formalaşdırmağa nail olmaqla özünün məğlub durumunu qismən də olsa yüngülləşdirməyə çalışır. Birincisi Ermənistan tərəfi Avropanı inandırmağa çalışır ki, guya Azərbaycanın ərazisində yaşayan ermənilərlə bağlı hansısa təhlükələr mövcuddur. Paşinyan bütün ciddi cəhdləri ilə çalışır ki, Azərbaycan ərazisində yaşayan ermənilərin ən yüngül belə statusu rəsmiləşsin. Bunu hakimiyyətdə qala bilmək üçün istəyir. Çünki indiki durumda sülh sazişinə imza atarsa, Paşinyan hakimiyyətdə çox qala bilməyəcək. Çünki Ermənistanda Paşinyana qarşı inqilab çağırışları mövcuddur. Bu Ermənistanın öz problemidir. Azərbaycan haqlı olduğunu dünyaya bildirdi. Bu gün də Azərbaycanın təşəbbüsləri regionda sülhü və əməkdaşlığı təmin etmək iqtidarındadır və mövqelərimiz davamlı olaraq möhkəmlənir”.

Bütün xəbərlər Facebook səhifəmizdə