"Azərbaycanın Türkiyəyə dəstəyi hər zaman olub" - MÜNASİBƏT BİLDİRİLDİ
“Prezident İlham Əliyevin və xanımının Türkiyəyə səfəri məhz Ərdoğanın yenidən prezident seçilməsi ilə bağlıdır. Bu tarixi hadisə tək Türkiyənin deyil, bütün türk dünyasının taleyinə təsir göstərən məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Rəcəb Tayyib Ərdoğana ən çox dəstək göstərən türk respublikasıdır: “Azərbaycanın Türkiyəyə dəstəyi hər zaman olub və olacaq. Baş tutan səfər də bunun göstəricisidir. Türkiyənin Azərbaycana etdiyi köməkləri də gözardı etmək olmaz. Hər iki ölkə biri-birinə qardaşlıq münasibətindədir. Ölkələrimiz arasındakı münasibətlər yüksələn xətlə inkişaf etməyə davam edir. Qardaş ölkələrin rəhbərləri arasında keçirilən görüşlər isə birbaşa olaraq gələcək inkişaf perspektivlərindən xəbər verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB