“Zamanı gəldikdə "Dəmir yumruq" ermənilərə çox sərt dəyəcək” - POLİTOLOQ ŞƏRH ETDİ
“Ermənilər son günlər Azərbaycanın Ermənistanla həmsərhəd olan və digər bəzi rayonlarımızı atəşə tutublar. Atəşkəsi pozmaqda əsas məqsədləri Azərbaycan ordusunun Ermənistan sərhəddini keçməsini istəmələridir. Bunların hər biri təxribatdır və alınmayacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Qarabağ ərazisində Azərbaycan əsgəri ilə rus sülhməramlısını üz-üzə qoyub, qarşıdurma yaratmaq da ermənilərin əsas məqsədləri içərisindədir: “Azərbaycanın səbrinin də bir həddi var. Biz sülh sazişinin imzalanmasına hazırlaşdığımız üçün hələki bu təxribatlara sakit cavab veririk. Buna görə də təxribatlar hələ davam edəcək. Biz baş verən təxribatlardan narahat olmamalıyıq. Son 35 ildir ki, artıq ermənilərin nələrə qadir olduqlarını, hansı təxribatlara əl atacaqlarını təxmin edə bilirik. Lakin Azərbaycan əvvəlki Azərbaycan deyil. Zamanı gəldikdə "Dəmir yumruq" ermənilərə çox sərt dəyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB