"Sülh danışıqlarının intensiv davam etdiyi bir vaxtda Ermənistanın atəşkəs rejimini pozması, sərhədlərdə təxribatlar törətməsi adi hal alsa da, bu üzərindən sükutla keçiləsi bir hadisə deyil. Ermənistanın artıq ənənə şəklini almış sərhəd pozuculuğu və təxribatları ciddi hadisədir".
Bu sözləri SİA-ya verdiyi açıqlamada siyasi ekspert Aydın Quliyev deyib.
O, bildirib ki, erməni təxribatı heç də səbəbsiz deyil. Artıq iki il yarım keçməsinə baxmayaraq Ermənistanın təxribat törətmədiyi bir gün belə olmayıb: "Sülh danışıqları ilə paralel olaraq sərhəd təhlükəsizliyini və atəşkəsi pozması erməni hakimiyyətinin, erməni siyasətinin hələ də sülh tezislərini anlamaması ilə əlaqədardır. Onlarda bu tezislər hələ qismən oturmağa başlayır. Bu da o deməkdir ki, Ermənistanda müharibə həvəskarları, revanşistlər, Ermənistanın hərəkətlərini, iddialı məqsədlərini müharibə yolu ilə həyata keçirməyə çalışan qüvvələrin dövlətin siyasətinə təsiri hələ də mövcuddur. Ermənistan cəmiyyətinin sülh platforması üstündə mövcud hakimiyyətə təzyiqləri yetərli deyil. Hətta hakim qüvvələr sərhəd təxribatlarının törədilməsində bu və ya digər dərəcədə maraqlıdırlar. Sərhədlərdə törədilən təxribatlar arxasında həm revanşist qüvvələrin, həm də Ermənistanın mövcud hakimiyyətinin maraqlarına dayanan bir hadisədir".
Ekspertin sözlərinə görə, revanşistlər bölgədə sülhün bərqərar olmasını və Ermənistanın sülh sazişi imzalamasını istəmirlər: "Ermənistan hakimiyyəti, başda Paşinyan olmaqla sülh danışıqları prosesinə bu və ya digər şəkildə təsir göstərmək üçün təxribatlardan istifadə edirlər. Bir yandan diplomatları sülh danışıqlarına göndərirlər, digər tərəfdən hərbiçiləri sərhədlərdə təxribat törətməyə davam edir. Onların məqsədi sülh danışıqları prosesini uzatmaq və qarşı tərəfə, yəni Azərbaycana təzyiq göstərmək, eyni zamanda vasitəçilik etmək istəyən qüvvələri sona qədər güzəştə getməyəcəkləri faktı qarşısında qoymaqdır. Təbii ki onların bu taktikasının sonu yoxdur. Çünki biz müharibədə də gördük ki, Ermənistanın prosesləri uzatmağa çalışdığı bir dövrdə hər şeyi dayandıran Azərbaycan dövlətidir, Azərbaycan hökumətidir.
Ermənistan bu cür taktika ilə sülh danışıqları prosesini sonsuza qədər uzatmağa davam edirsə bu o deməkdir ki, Vətən müharibəsində olduğu kimi Azərbaycan dövlətinin qətiyyətli addımlarının həlledici faktor olduğunu unudurlar. Elə bir vaxt gəlib çata bilər ki, sülh danışıqlarının lazımi nəticələr verməməsi Azərbaycanın daha kəsərli addımlar atmağa sövq edə bilər. Qısası Ermənistanın təxribatlarına son qoymağın iki variantı var: birincisi, Ermənistanın daxilində qəti sülh tərəfdarı olan qüvvələr qalib gəlməli, dövlətin siyasətinə ən təsir edə bilən qüvvəyə çevrilməlidir, ikinci variantda isə Azərbaycan dövləti əvvəlki dönəmlərdə olduğu kimi qətiyyətli addımlarla proseslərə müdaxilə edəcək".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB