"Ərdoğanın qalib gəlməsi Azərbaycan üçün də uğurlu nəticədir"

"Türkiyədə keçirilən ikinci tur seçkilərdə Ərdoğanın qalib gəlməsi Türkiyə ilə yanaşı Azərbaycan üçün də uğurlu nəticədir. Çünki Ərdoğan Azərbaycanın dostudur və Vətən müharibəsində də Azərbaycana siyasi və mənəvi dəstəyi çox yüksək qiymətləndirilməlidir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq İlyas Hüseynli bildirib.

O, bildirib ki, Rəcəb Tayyib Ərdoğan öz siyasi vədəsi ilə digər dövlətlərin prosesə müdaxilə etməsinə imkan vermədi: "Digər tərəfdən Ərdoğanın Türkiyəyə qazandırdığı uğurlar, nailiyyətlər seçicilərə müsbət təsir göstərdi. Təhlükəsizlik sahəsində, müdafiə sənayəsi sahəsində, Türkiyənin inkişafı və uğurları birbaşa Ərdoğanın prinsipiallığı və qətiyyəti sayəsində mümkün olmuşdur. Əlbəttə, Türkiyə-Azərbaycan münasibətləri keyfiyyətcə yeni müstəviyə qalxıb, yeni inkişaf dövrü yaşayır. Bununla yanaşı, Şuşa bəyannaməsi hər iki dövlətin təhlükəsizliyinin əsas qarantı kimi çıxış edir. Sadalanan bu amillər Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Ərdoğanın möhkəm dostluq bağlarına söykənir".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə