"Paşinyan İlham Əliyevin qarşısında əyiləcək" - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Paşinyan İlham Əliyevin qarşısında əyiləcək" - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Erməni azlığı lideri Nikol Paşinyan Dəmir Yumruğa sahib cənab İlham Əliyevin qarşısında əyiləcək". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qətiyyətli mövqe nümayiş etdirdiyi Qarabağ zəfərindən sonra olan görüşlərdə ermənilər geri addım atmaq məcburiyyətində qaldı: "Cənab İlham Əliyevin güclü siyasəti qarşısında Nikol Paşinyan öz küncünə çəkildi.

Moskvada keçirilən iclasda Vladimir Putin Kreml sarayında öncə İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrı ikili görüşlər keçirdi. Görüşə dəvətə görə minnətdar olduğunu qeyd edən Putin, "Ümid edirəm ki, bu, uzun müddətdir müzakirə etdiyimiz bəzi məsələlərin praktiki həlli üçün yaxşı bir proloq olacaq" dedi.

Rusiya prezidenti, “Lakin Ermənistanın Baş Naziri və Azərbaycan Prezidenti kimi hər üçümüzün fikrincə, bunlar həll oluna bilən maneələrdir, ümumiyyətlə, belə problemlər yoxdur, bunlar sırf texniki məsələlərdir”, deyə bildirib.

Putin məsələnin həllinin Azərbaycanın güclü duruşu ilə gerçəkləşəcəyi qənaetinə gəldi. 20 dəqiqə çəkən görüşün qalibi olan cənab İlham Əliyev Ermənistanın Azərbaycanın qayda-qanunlarını tanımalı olduğunu bildirdi.

Son olaraq qeyd edim ki, Moskvada olan görüşü Türkiyə diqqətlə izlədi".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə