İstənilən halda məğlubiyyət gözləntisi, yaxud ERMƏNİLƏR ÜÇÜN ACI HƏQİQƏT - TƏHLİL
Bu vaxta qədər yanlış olaraq, böyük uğurlar, qələbələr, işıqlı gələcək ab-havasında olan erməni cəmiyyətində indi çox bədbin əhval-ruhiyyə var və bu heç də səbəbsiz deyil. Heç bir potensialı, gucu, qüdrəti, hətta normal bir dövlət siyasəti olmayan, işğalçılıqdan başqa heç bir yol tutmayan ölkənin vətəndaşları nikbin əhval-ruhiyyədə ola bilməzdi və belə bir məntiqi nəticə, yəni bədbinlik onsuz da gözlənilən idi. Artıq reallıqları, işğalçı ölkənin qarşılaşdığı real vəziyyəti müşahidə edən hər bir erməni istənilən halda ölkəsinin məğlubiyyətlə qarşılaşacağı barədə acı həqiqətlər qarşısında acizdir və nikbin olmaq üçün əsas görmür.
İşğalçılıq siyasəti Ermənistana, erməni xalqına nə verə bilərdi axı? Məğlubiyyətdən, rüsvayçılıqdan, rəzalətdən, marginallaşmış vəziyyətə düşməkdən, səfalətə düçar olmaqdan başqa heç nə verə bilməzdi və verdiyi həmin o sadalananlar da göz önündədir. Nə vaxtsa, kimlərinsə köməyi ilə Qafqaza köçürülən haylar o zamanlarda özlərinə yer ediblərsə, sonradan da həmin yerdə dövlət qura biliblərsə, bu o demək deyil ki, nə vaxt istəsələr, hansı ərazini istəsələr əldə edə bilərlər və orada nəinki ikinci, hətta üçüncü, dördüncü erməni dövlətini qura bilərlər. Belə bir şey mümkün olsaydı, hər halda ingilislər, fransızlar və dünyanın hansısa xalqları bir neçə dövlət qurardılar, bir dövlətlə kifayətlənməzdilər. Deməli, mümkün deyil və haylar da nə göydən düşməyiblər, nə də böyük imtiyaz sahibi deyillər və sona qədər də nazları ilə oynanılacağını düşünməkdə böyük yanlışlıq ediblər, hansı ki, indi bunun acısını çəkmək məcburiyyətindədirlər.
İllər, onilliklər boyu törətdikləri qırğınlar, insan tələfatı, həmçinin özlərinin də arasında çoxlu sayda tələfatlar sonda haylara nə verdi və nə qaldı onlara? Dünya ictimaiyyəti simasızlıqlarını, xəyanətkar xislətlərini, işğalçılıq niyyətlərini, bəd niyyətlərini gördü və bu zamana qədər onlar barəsində deyilənlərə əmin oldu. Gah Rusiyanın, gah da Qərbin ayaqları altına sərilən ermənilər artıq heç bir şey əldə edə bilmirlər. Başqalarını nə qədər şərləmək istəsələr də olmayan üzləri ortaya çıxır və kimlikləri indi bütün bəşəriyyətə məlumdur. Qərbə sığınmaq istəyən ermənilər barədə onlar da kifayət qədər məlumatlıdırlar və heç də mələk gözündə görünmürlər. Ələlxüsus, Qərbin sanksiyalarına məhəl qoymayan və Rusiyaya yardımçı kimi tanınan dövlətin özünün də, vətəndaşlarının da hansı “statusda” olduğu bəllidir.
Bu arada diqqətə çatdırmaq yerinə düşərdi ki, ABŞ Ticarət Nazirliyi cümə günü Rusiya, Qırğızıstan və Ermənistandan olan 71 şirkətə qarşı yeni sanksiyalar və ixrac məhdudiyyətləri elan edildiyini bildirib. Qeyd olunur ki, bu şirkətlər, ABŞ hökumətinin müəyyən etdiyi kimi, ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin maraqlarına zidd fəaliyyət göstərir. Məsələ burasındadır ki, bu siyahıda Ermənistandan bir şirkətin olması da diqqəti cəlb edir. “Sanksiya” sözü ilə Ermənistanın eyni siyahıda olması ermənilər üçün heç də arzuolunan deyil və onlar üçün yaxşı heç nə vəd etmir. Heç şübhəsiz ki, ABŞ hökuməti bu siyahı barədə nəinki məlumatlıdır, hətta Ermənistanın da orada olmasını xüsusi həssaslıqla müşahidə edir və bütün bunların fonunda ermənilərin hansısa formada amerikalılara güvənməsi, yaxud da ümid etməsi axmaqlıqdan başqa bir şey deyil. Bunu hər halda, Vaşinqton görüşündən qayıdan erməni diplomatları öz ölkələrinin ictimaiyyətinə çatdırmış olarlar.
Reallıqlar göz önündədir və bu reallıqları ermənilər nə qədər tez görsələr, nə qədər tez etiraf etsələr və bu reallıqlarla nə qədər tez barışsalar bir o qədər az ziyanla qarşılaşmış olarlar. İllərdir ki, ölkəmizə qarşı sanksiyaların tətbiqini tələb edən ermənilər görməlidirlər ki, Azərbaycana qarşı sanksiya yoxdur və özlərinə məxsus şirkətin adı sanksiya siyahısına düşüb və bu, ümumilikdə haylar üçün bir dərs olmalıdır. Nə 44 günlük müharibə dönəmində, nə müharibədən sonra Azərbaycana hansısa dövlətin heç bir təsir və təzyiq edə bilmədiyini görmək, dərk etmək özü bir dərsdir, amma bəlli olur ki, bu dərsi almaqdan imtina edənlər hələ də çabalayırlar. Çabaladıqca da özlərini daha dərin quyuya yuvarlamış olurlar və vəziyyətdən çıxmaq üçün öz şanslarını da əldən verirlər. Qərb də Rusiya da erməniləri artıq özlərindən də yaxşı tanıyır və xəyanətkarlara hansınınsa əl uzadacağı qətiyyən inandırıcı görünmür. Bu isə o deməkdir ki, istənilən halda onlar məğlubiyyəti göz ardına almalıdırlar, çünki məğlubiyyətdən başqa heç nəyə ümid etmələrinə dəyməz. Bax əsl həqiqət, məhz ermənilər üçün acı olan həqiqət budur.
Azərbaycana qarşı heç bir sanksiya yoxdur və ola da bilməz. Ümumiyyətlə, ölkəmizə, yaxud da Azərbaycana məxsus hərhansı şirkətə qarşı hansısa sanksiya gözlənilmir də. Azərbaycan elə bir düzgün, doğru siyasi xətt seçib, elə bir diplomatik münasibətlər qurub, elə əlaqələr yaradıb ki, bu ölkəyə sanksiya barədə düşünməyə əsas yoxdur. Xüsusən də ölkəmiz bütün proseslərdə beynəlxalq hüququn norma və prinsplərini əsas tutduğu üçün ən aqressiv ermənipərəst dövlətlərin Makronun timsalında hansısa ermənipərəst siyasətçiləri belə ölkəmizin əleyhinə mənasız və əsassız cəfəngiyyatlar söyləməsindən artığına ermənilər ümid etmirlər. Belə cəfəngiyatlar isə daldan atılan daş kimi üzaq başı topuğa dəyə bilir və bununla nə Azərbaycanı haqlı yolundan döndərmək olandır, nə də Ermənistan zərrə qədər divident qazanan.
Faydalı təbii ehtiyatlarla zəngin olan Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizlə əlaqələrin daha da yaxşılaşdırılması bu baxımdan hər bir ölkə üçün, elə Qərb üçün, Avropa üçün də çox önəmlidir. Heç bir təklifi, heç bir məhsul və xidmət təklifi olmayan Ermənistandan fərqli olaraq Azərbaycan dünyanın bir çox qabaqcıl ölkələrinə neft, qaz ixrac edir. Avropanın inkişaf etmiş ölkələri Azərbaycandan enerji resursları tədarük edir. Azərbaycanın təbii ehtiyatları Avropa üçün çox böyük maraq kəsb edir və buna görə də ölkəmizə olan maraq, nəinki Ermənistana, heç bir region ölkələrinə olan maraqla müqaisəyə belə gəlməz. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan dövlət statusundadır. Bunun nə demək olduğunu ermənilər gec də olsa başa düşməlidirlər və bilməlidirlər ki, şər-böhtan atmaqla nə qədər çalışsalar, əlləşsələr də bu həqəqətə kölgə sala bilməzlər. Deməli, onların Azərbaycanla istənilən mübarizədə, lap elə diplomatik cəbhədə olan mübarizədə də məğlubiyyətləri, uduzmaları qaçılmazdır. Bu məğlubiyyət isə haylar üçün ən acı həqiqətlərdir.
Bütün dünyanın, ələlxüsus Qərbin Rusiyanı hədəfə alması, sanksiyalar tətbiq etməklə, təsir rıçaqlarını işə salması fonunda Ermənistan hələ də Rusiyadan asılı vəziyyətdədirsə, bu fakt ermənilərin özlərinin də hədəfdə olması deməkdir. Çünki əgər Ermənistan bir dövlət olaraq öz problemlərini özü həll edə bilmirsə, qayğılarının öhdəsindən gələ bilmirsə, Rusiyaya əl açırsa, öz ölkələrində rusların hərbi mövcudluqlarına qarşı belə çıxa bilmirsə, deməli, İrəvan müstəqil şəkildə qərar verə də bilmir və Moskvanın diqtəsi ilə hərəkət edir. Bu isə o deməkdir ki, Qərb artıq Ermənistanı Rusiyanın bir marionet bölgəsi hesab edir və istənilən halda Moskva barəsində verilə bilən qərar İrəvandan da yan keçməyə bilər. Bax bu həqiqət ermənilər üçün çox acı səslənə bilər, amma reallıq budur deyə bunu erməni cəmiyyəti vaxtında dərk etməlidir. Əslində, işğalçı ölkənin mediası da bunu etiraf edir və ermənilər üçün həmin o acı həqiqətlər açıq şəkildə etiraf olunur.
Bildiyimiz kimi, Azərbaycan münaqişənin Ukraynanın ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin vacibliyini dəstəkləyir və mövqesizliyi ilə bütün dünyada ikrah doğuran Ermənistan tərəfi bundan da narahatdır. Səbəb çox aydın şəkildə ortadadır və ələlxüsus, müdafiə naziri Oleksiy Reznikovun, NATO-nun Vilnüs sammitindən Ukraynanın gələcək tərəfdaşlığa dair “real siqnal” gözlədiyini bildirməsi ermənilərin kürkünə birə salıb. Reznikov hesab edir ki, bu gün Ukrayna “Rusiya imperiyasının aqressiv qabiliyyətini məhv etməklə” NATO funksiyasını yerinə yetirir və onun fikrinə görə, bu baxımdan da Ukraynanın NATO-ya qəbulu məsələsi, eynilə Avropa İttifaqına daxil olması məsələsi kimi artıq həll olunub da. Bax elə ermənilərin yuxusunu ərşə çəkən məsələlərdən biri də budur. Heç zaman özlərinin mövqeyi olmayan, olsa da onu ortaya qoymayan, gizlədən, mütəmadi olaraq öz yolunu dəyişən ermənilər bilirlər ki, Azərbaycanın NATO və Aİ-yə üzv olacaq Ukraynanın strateji müttəfiqi olması faktı özü də, bundan sonra bütün platformalarda, istənilən diplomatik müstəvidə olacaq mübarizədə onların məğlubiyyəti, rəsmi Bakının üstünlüyü, qələbəsi üçün əsaslı zəmin deməkdir. Ümumiyyətlə, Azərbaycan, Macarıstan da daxil olmaqla, “türk dünyasını” genişləndirən, NATO-nun üzvü olan Türkiyənin strateji müttəfiqidir və hərhansı bir müstəvidə Ermənistanla müqaisəyə gəlməz dərəcədə üstünlüklərə sahibdir.
Görəsən, Ermənistan nəyə sahibdir ki, kör kimi tutduğunu buraxmaq istəmir? Qərbin sansiyalarına məhəl qoymadan Rusiyaya yardımçı olan bir ölkənin vətəndaşı statusunda olan ermənilər düşünmürlərmi ki, onların axırı necə ola bilər? Axı Ermənistan elə bir qüdrətli dövlət deyil ki, hansısa iqtisadi sanksiya belə qarşısında bircə həftə tab gətirə bilsin. Onların qarşılaşacaqları müsibətlərin heç bir dövlətin vecinə olmayacağı da nəzərlərindən qaçmamalıdır. Nəzərlərindən qaçmamalıdır ki, öz iqtisadiyyatını Qərbə yönəldən Azərbaycanın bütün enerji layihələri Aİ ilə bağlıdır və bu da Bakıya qarşı sanksiyaların olmamasını və bundan sonra da olmayacağını birbaşa təsdiq edir. Çünki nəzərə alsaq ki, ölkəmiz enerji təhlükəsizliyinə töhvə verən bir ölkədir, deməli Azərbaycana sanksiyanın tətbiqi hətta ədalətsizlik, ikili standartlar fonunda belə mümkün deyil. Üstəlik, Azərbaycan hüquqi baxımdan tam haqlı olan tərəfdir və bunun təkzibedilməzliyi rəsmi Bakını hər dəfə danışıqlar masasında, diplomatik müstəvidə belə üstün və qalib edir. Yəni, reallıqların hamısı Ermənistana istənilən halda məğlubiyyət vəd edir və bu reallıqlar göz qabağındadır. ABŞ-da, Avropa İttifaqında, hətta Rusiyada belə hamı bunu, bu reallıqları görür, amma hər kəs öz oyununu oynayır. Elə bu oyunlara alət olan Ermənistanı isə istənilən halda məğlubiyyət gözləyir, hansı ki, bu, ermənilər üçün nəticə çıxarmalı olduqları ən acı həqiqətlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB