"Məlum olduğu üzrə, Türkiyədə ikinci tur prezident seçkilərinə son 5 gün qalıb. Mayın 14-də keçiriləcən seçkilərdən sonra namizədlərdən heç biri qalib gələ bilmədiyi üçün çox həyəcanlı proses davam edir". Bu sözləri SİA-ya açıqlamasında türk xarici siyasət analitiki Aydın Sezer deyib.
Onun sözlərinə görə, bu müddət ərzində anket şirkətlərinin heç bir araşdırma aparmadığının şahidi olduq: "Çünki demək olar ki, bütün sorğu şirkətləri birinci tur seçkilərində yanıldılar. Prezident seçkilərində 5,20% səs toplayan Sinan Oğan dünən öz adından cənab Rəcəb Tayyib Ərdoğanı sevinclə dəstəkləyəcəyini açıqladı. Lakin bu Cümhur İttifaqı tərəfindən müsbət qarşılansa da, müxalifət tərəfindən tənqidlərə tuş gəlib".
Aydın Sezer sözlərinə belə davam edib: "Seçkilərin necə keçəcəyi ilə bağlı, hələlik, dəqiq nəsə demək mümkün deyil. Amma deyə bilərik ki, hər iki namizədin şansları bərabərdir. Bu gün Ata İttifaqı namizədlərinin mühüm tərkib hissəsi olan Qələbə Partiyasının açıqlama verəcəyi gözlənilir. Bu proseslər, əslində, prezident Ərdoğana qarşı bir proses olsa da, sonda Ata İttifaqı namizədlərinin Ərdoğanı dəstəkləməsinin siyasi bir uyğunsuzluq olduğunu söyləyə bilərik. Bu səbəbdən deyə bilərik ki, seçkilər yekunlaşdıqda hansı namizəd qalib gəlsə, o, böyük səs çoxluğu təmin edə bilməyəcək. Ərdoğan qalib gəlsə, milli ittifaqda liderlik baxımından mühüm siyasi inkişafların şahidi olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB