"Müharibənin tez bir zamanda sülhlə bitməsini ümid edirəm" - SABİQ TÜRK DEPUTAT AÇIQLADI
"Bildiyimiz kimi, hal-hazırda Türkiyə bazar günü olacaq ikinci prezident seçkilərinə hazırlaşır. Bu mənada cənab Rəcəb Tayyib Ərdoğan çox az bir səs fərqi ilə birinci turu bitirmişdi. Nəticədə o, ikinci turda böyük ehtimalla qalib gələcək. Bu ərəfədə Rəcəb Tayyib Ərdoğan "Taxıl dəhlizi"nin uzadılması üçün önəmli diplomatik uğura imza atdı". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı deyib.
Onun sözlərinə görə, Ukrayna və Rusiyadakı son duruma nəzər yetirsək, ABŞ xarici işlər naziri Antoni Blinkenin Ukraynaya hərbi yardım paketi edildiyini açıqladığı müşahidə olunur: "Digər tərəfdən, ABŞ prezidentinin Ukrayna prezidenti ilə Yaponiyada bir araya gəlməsi və ABŞ-ın rus təcavüzünə qarşı özünü müdafiə edən ukraynalı tərəfdarına dəstək göstərməsi müharibənin davamına səbəb olur. Burada ikitərəfli yaxınlaşma çox önəmlidir".
Mustafa İlıcalı sözlərinə belə davam edib: "ABŞ və onun müttəfiqlərinin "Nə qədər uzun müddət olarsa-olsun, Ukraynaın yanında olacağı" ifadəsi müharibənin uzanmasının səbəbidir. Müharibənin tez bir zamanda sülhlə bitməsini ümid edirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB