"Rusiya Paşinyanla Qərb arasındakı narazılığı böyütməyə çalışır" - POLİTOLOQ FİKİR BİLDİRDİ
"Rusiya zaman-zaman verdiyi sözlərə əməl etmir. Hazırda Putin daha çox Paşinyanın hakimiyyətdən getməsinin tərəfdarıdır. Lakin Paşinyanın hakmiyyətdən getməsi Azərbaycan üçün hər şeyin yaxşı olacağı mənasına da gəlmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, hazırda Paşinyanın həm daşnaksütuna, həm də Qarabağda yaşayan ermənilərə qarşı tutduğu mövqe bizi qane edir: "Ona görə də onun hakimiyyətdə qalması məqsədəuyğundur.
Hazırda Rusiya Paşinyanla Qərb arasındakı narazılığı böyütməyə çalışır. Görünən odur ki, Rusiyanın maraqları Ermənistan tərəfindən tam təmin olunmur. Bu səbəbdən də Ermənistanı qarışdırmağa çalışır. Paşinyanın qeyri-adi fikirləri də məhz Rusiyanın Ermənistana qarşı tutduğu mövqe ilə bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB