“Baydenin məktubu illərdir formalaşan tərəfdaşlığın göstəricisidir” - MÜNASİBƏT BİLDİRİLDİ
“ABŞ prezidenti Cozef R. Baydenin ölkə başçımız cənab İlham Əliyevə ənənəvi 28 May Müstəqillik günü münasibəti ilə təbrik məktubu iki ölkə arasında illərdir formalaşan tərəfdaşlığın bir göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan regional təhlükəsizlik və sülhün bərqərar olmasında Birləşmiş Ştatlarla uğurlu əməkdaşlıq quran ölkələrdəndir: “Xüsusən bu gün Avropanın enerji təhlükəsizliyi məsələsi və digər regional çağırışlar və terrorçuluq kimi təhdidlər qarşısında Azərbaycan dövləti hər zaman konstruktiv mövqədən çıxış etmiş, Cənubi Qafqazın əsas ölkəsi kimi sülhə və iqtisadi rifaha öz töhfəsini vermişdir.
Bu təbrik məktubu ilə Azərbaycanın ABŞ üçün nə qədər önəmli tərəfdaş ölkə olması və bu sahədə mövcud xidmətləri bir daha vurğulanır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB