"Türk gəncləri Atasına minnətdarlıq duyur" - HULUSİ KILIÇ ŞƏRH ETDİ

"Türk gəncləri Atasına minnətdarlıq duyur" - HULUSİ KILIÇ ŞƏRH ETDİ

"104-il əvvəl günəş 19 may 1919-cu ildə Samsundan doğub. XX əsrin lideri Mustafa Kamal Atatürk 19 may 1919-tarixində Osmanlı İmperatorluğunun torpaqlarını paylaşan düşmənlərə qarşı Samsuna çıxaraq qurtuluş savaşını başladıb". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Atatürk 19 mayı gənclərə bayram olaraq hədiyyə edib: "Dünyada uşaqlara hədiyyə edilən 23 aprel və gənclərə hədiyyə edilən 19 may dünyada sadəcə olaraq Türkiyəyə mövcuddur. Bu da Mustafa Kamal Atatürkün nə qədər böyük bir dahi lider olduğunun göstəricisidir.

Atatürk gənclərə xitab edərkən belə deyib: "Ey, türk gəncliyi, birinci vəzifən türk istiqlaalını və cümhuriyyətini qorumaqdır". Bu gənclərə verilən vəzifədir. Gələcək türk istiqlalını və cümhuriyyətini yaşatmaq vəzifəsini Atatürk gənclərə tapşırıb".

Hulusi Kılıç sözlərinə belə davam edib: "Bu gün Ankarada milyonlarla gənc Atatürkə hörmətini göstərmək üçün onun məzarını ziyarət etməkdədir. Dünyada belə bir yer yoxdur. Bunun digər örnəyi də təbii ki, can Azərbaycanımızda ulu öndər Heydər Əliyevin doğum və vəfat, ümummilli liderin Naxçıvandan Bakıya gəlişi kimi önəmli tarixləridir. Bu da Azərbaycan xalqının ulu öndərə olan hörmətindən irəli gəlir. Bu o deməkdir ki, türklərə məxsus xüsusi vəfadır.

Ona görə də bu gün türk gəncləri Atasına minnətdarlıq duyur. Türk xalqı düşmənləri ölkədən atıb asılı olmayan bir Türkiyə yaratdığı üçün Atatürkə və onun dostlarına minnəttarlıq edir.

Bu gün Qarabağı 30 il işğaldan sonra xilas edən cənab İlham Əliyevə Azərbaycan xalqı da dünya və insanlıq var olduqca minnətdar olacaq. Torpaq vətəndir. Bayraqları bayraq edən də onların üzərindəki qandır. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Türkiyədəki torpaqlar üçün milyonlarla türk gənci canlarını fəda edib. Qarabağı xilas etmək üçün də 3 mindən artıq gənc şəhid oldu. Bu vətən sevgisidir.

19 may Atatürkü anma, Gənclik və İdman bayramımız mübarək olsun. Bu bayramın önümüzdəki illərdə bütün türk düyasında qeyd olunmasını arzu edirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə