“Qardaş ölkə olan Türkiyədə keçirilən prezident seçkilərini ilk gündən yaxından izləmişəm. Yəni, qardaş ölkədəki siyasi prosesləri ordan-burdan öyrənmiş yox, şəxsən bilən birisiyəm. Ona görə də məsələyə şəxsən mən daha düzgün qiymət verə bilərəm”. SİA xəbər verir ki, bu sözləri Türkiyədə keçirilən seçkilərin müşahidəsi mövzusunda olan konfransda ATƏT DTİHB-in seçki müşahidə missiyasında iştirak edən Azər Həsrət deyib.
Azər Həsrət sözlərinə belə davam edib: “ATƏT-in dəvəti üzrə biz müşahidə missiyasının tərkibində mayın 9-da Ankarada idik. Məni Fransadan olan bir xanımla birlikdə, bir kişi bir qadın olaraq Adana vilayətinə göndərdilər. Bizimlə bərabər daha 6 heyət Adanaya göndərildi. Adanada ilkin müşahidəçilərlə fikir mübadiləsi aparıb məlumatlandıq.
Sonra bizi iki nəfər olaraq Mersin vilayətinə göndərildik və oradakı durumla tanış olduq. Özəlliklə də Mersinin Ərdəmli dairə seçki komissiyasının ofisinə getdik. Mən oranın rəhbərliyindən xahiş etdim ki, “Biz ərazidəyik və səsvermə günündə istədiyimiz seçki məntəqəsinə gələ bilərik”. Sağolsunlar, mayın 14-də tezdən saat 7-yə qalmış məntəqələrin önündə idik. Qeyd edim ki, onlarda səsvermə saat 8-də başlayır.
Səsvermədən öncə vətəndaşlar gəlmişdi. Yəni, səsvermədə fəal idilər.
Daha sonra bir binaya daxil olduq. Onlarda bizdən fərqli olaraq məntəqələr kiçik, 250-350 nəfərlik olur. Bir binada bir neçə məntəqə olur. Hər hansı əngəl hiss olunmadı. Beləcə müşahidələr başladı. Bülletenlərin sayılması, qutunun möhürlənməsi, komissiya üzvlərinin yerində olub-olmaması haqqında məlumat topladıq. Bu mərhələyə qədər heç bir pozuntu olmadı.
Fransız tərəfdaşımla birlikdə əlimizdə olan forumları doldurub oradan uzaqlaşdıq. Gün ərzində bir ümumilikdə 9 məntəqədə səsverməni izlədik. Bu sırf Ərdəmli ilkəsinə aiddir. Bütün məntəqələrdə çox hörmətlə qarşılandıq. Tərəfdaşım da bundan çox məmnün idi. Yenə də hər hansı bir problem olmadı.
Günün sonuna qədər işimizi gördük. Sonda bir məntəqədə qapanışı müşahidə etdik və hər hansı problem yenə də olmadı”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB