“Müdriklər insan xoşbəxtliyini onların əməlləri ilə bağlı sayır. Yaxşı əməllərin çoxluğu xoşbətlik deməkdir. İnsan var ki, sadəcə nəfəs alaraq yaşayır, insan da var ki, əməli ilə yaşayır. Əməli ilə yaşayan insanlar xalqın həyatında mühüm rola sahib olur. Bu gün haqqında danışacağımız Azərbaycan Milli Qəhrəmanı İlqar Mirzəyevin fəaliyyəti, onun keçdiyi həyat yolu, torpaqların azad edilməsi yolunda göstərdiyi şücaət hələ yüzlərlə kitaba düşəcəkdir”. SİA xəbər verir ki, bu sözləri tədbir zamanı YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə keçirdiyimiz əks-həmlə əməliyyatı nəticəsində Azərbaycan ordusu düşməni ağ bayraq qaldırmağa məcbur edib: “44 gün ərzində 3000-ə yaxın verdiyimiz şəhidlərimiz bizlərə və gələcək nəsil üçün nümunə olacaqdır. Bu gün Milli Qəhrəmanımız İlqar Mirzəyevin övladı Elvin Mirzəyev buradadır. Bu gün Elvin öz atası ilə bütün Azərbaycan kimi fəxr edir. Hesab edirəm ki, Elvin də atasının yolunu davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB