“Türkiyədəki seçkilər dünyaya demokratiya dərsi oldu” - DEPUTAT DANIŞDI
“Türkiyədə keçirilən prezident və parlament seçkiləri müasir dünyanın ən demokratik seçkilərindən biri kimi qiymətləndirilir. Dünyanın bir çox ekspertləri baş tutan seçkilərə bu qiyməti verir. Çünki Prezident Rəcəb Tayyib Ərdoğan prezident seçkisinin aparılmasını, təşkili işlərini elə bir formada qurdu ki, bu dünyaya demokratiya dərsi oldu. Baxmayaraq ki, Türkiyənin Qərb dövlətləri tərəfindən indiki iqtidarını sevməyənlər seçkilərdə qanun pozuntularının olması üçün çalışsalar da, türk seçicisi Rəcəb Tayyib Ərdoğanın çağırışlarını doğru qiymət verə bildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, seçicilər fəal iştirakları bərabər olaraq, demokratiyanı da təmin etdilər: “Son 40 ilin seçki tarixində bu qədər seçici aktivliyi olmamışdı. Bu məhz Türkiyə dövlətinin gələcəyinə olan marağı göstərirdi. Baydenin də dəfələrlə bu barədə çıxışı olub. Eyni zamanda Avropa Şurasında Türkiyənin müstəqil siyasətini qəbul etməyən bəzi dövlətlər Kılıçdaroğluna açıq və gizli şəkildə dəstək verirdilər. Onlar Türkiyədə Kılıçdaroğlunun rəhbərliyi ilə yeni qüvvələrin hakimiyyətə gəlməsini istəyərdilər. Lakin Türk xalqı buna imkan vermədi.
Bu məsələdə Azərbaycan Prezidentinin mövqeyi hesab edirəm ki, dünyada ən aydın və konkret müəyyən edilmiş bir mövqedir. Bu həm də tək Türkiyənin deyil, türk dövlətləri birliyinin bir seçimi idi.
Seçiklər zamanı demək olar ki, heç bir qanun pozuntusuna rast gəlinmədi. Hansı ki, təxribat törədilməsini istəyən qüvvələr də çox idi. Lakin bunların qarşısı alındı.
Mayın 28-də baş tutacaq təkrar seçkilər zamanı da Türkiyəyə və Rəcəb Tayyib Ərdoğana uğurlar arzulayırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB