"Prezidentin Şuşa səfəri ondan xəbər verir ki,..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Prezidentin Şuşa səfəri ondan xəbər verir ki,..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cənab Prezidentin Şuşa səfəri zamanı nitqi həm Ulu Öndər Heydər Əliyevin, həm də Azərbaycan xalqının qarşısında sanki bir növ hesabat xarakterli idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyev hər zaman görülən işlər barəsində xalqı mətbuat vasitəsilə məlumatlandırır: "Bu günə kimi Qarabağda görülən bütün işlər şəxsən dövlət başçısının nəzarəti altında xalqın gözü önündə baş tutur. Artıq Cənab prezidentin Qarabağa səfəri və ənənəvi çıxışı xalq tərəfindən gözlənilən və yeganə etibar edilən istinada çevrilib. Həm müharibə zamanı həmdə postmüharibə dövrü xalqın yeganə inam yeri ölkə başçısının çıxışları olub. Bu gündə bu ənənə davam edir. Xüsusilə 10 may günü məhz Şuşadan xalqa müraciətin edilməsi ulu öndər Heydər Əliyevin arzusunun reallaşması yəni Şuşanın düşmən tapdağından azad olunmasıyla əlaqədar idi. Şuşa Azərbaycan xalqının qürurunun, məğrurluğunun rəmzidir".

Deputat sözlərinə belə davam edib: "Dövlət başçısı xalqa Şuşa müraciətində respublikamızın beynəlxalq miqyasda malik olduğu və dayanmadan artan nüfuzundan da söz açıb. Azərbaycan dövləti hər zaman alternativlərdən ən yaxşısını seçməyə, mümkün olan ən əlverişli yol xəritəsi cızmağa qadirdir. Respublikamız yaxın-uzaq ölkələrlə, beynəlxalq aktörlərlə, beynəlxalq qurum və quruluşlarla etibarlı münasibətlər qurub. Azərbaycan gücünü, imkanları, nüfuzu həm əhalinin sosial rifahına, sülhə və ədalətə sərf edir. Azərbaycan 30 ildə qazandığı bu uğuru bütün regionun inkişafına həsr edir. Beynəlxalq ictimaiyyətdə dövlətimizin bu fəaliyyətini yüksək qiymətləndirir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə