"Serbiya olaraq Azərbaycanın uğurlarına sevinirik"

"Serbiya olaraq Azərbaycanın uğurlarına sevinirik"

"Mən sizə Serbiya prezidentinin salam və təbriklərini çatdırıram. Həmçinin, bu tədbirdə iştirak etməkdən məmnunluq duyuram". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Serbiya Milli Assambleyanın Sədri Vladimir Orliç deyib.

Vladimir Orliç sözlərinə belə davam edib: "Heydər Əliyevin anadan olmasının 100 illiyi Azərbaycan xalqı üçün tarixi bir gündür. Onun rəhbərliyi altında Azərbaycan bir çox sınaqlardan çıxıb.

Heydər Əliyev elə bir güclü dövlət yaratmışdır ki, bu dövlət öz xalqının rifahı üçün əlindən gələni edir. O nümayiş etdirmişdir ki, kiçik bir dövlət belə güclü dövlətə çevrilə bilər. Bunun üçün insanların öz hüquqlarını bilməsi lazımdır.

Biz BMT nizamnaməsinə və beynəlxalq hüququn müddəalarına əməl edirik. Heydər Əliyev müasir parlamentin yaradılmasında da öz töhfəsini verib. O, 1anuvericiliyə yeni siyasi mədəniyyət gətirmişdir.

Heydər Əliyev bildirib ki, Milli Məclis onun qəlbinə çox yaxındır və buranı evi kimi hiss edir”.

Ulu öndər Milli Məclisin uğurlarına çox sevinərdi. Həmçinin, cənab İlham Əliyev də Serbiya xalqının çox böyük dostu olmuşdur. Serbiya olaraq biz Azərbaycanın uğurlarına sevinirik. Sanki Azərbaycanın uğurları bizim öz uğurlarımızdır. Biz Azərbaycanla maraqlı olan bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə