"Heydər Əliyev xalqın ürəyini qazandı" - Gürcüstan Parlamentin Sədri Şalva Papuaşvili

"Heydər Əliyev xalqın ürəyini qazandı" - Gürcüstan Parlamentin Sədri Şalva Papuaşvili

"Bu gün burada olmaq və Azərbaycanın dahi dövlət xadimi, müasir Azərbaycanın atası Heydər Əliyevin irsini yad etmək mənim üçün xüsusi bir şərəfdir". SİA xəbər verir ki, bu sözləri Milli Məclsiin bu gün keçirilən xüsusi iclasında Gürcüstan Parlamentin Sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, insan öz hərəkətlərinə görə qiymətləndirilir: "Heydər Əliyev Azərbaycanın həyatında xüsusi rol oynamış liderlərdən idi. O, Azərbaycan xalqının milli ruhunu gücləndirdi və milli oyanışı təmin etdi. O. bir sıra səmərəli siyasətlər vasitəsilə ölkəni yenidən formalaşdırıb firavan ölkəyə çevirmişdi. Nəticədə, Heydər Əliyev xalqın ürəyini qazandı.

Onun Gürcüstanla Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində mühüm rolu var idi. Tarixi dövlət xadimi Heydər Əliyev beynəlxalq əlaqədə mötəbər lider kimi adını qoruyub saxlayıb. O zamanın sınağından çıxmış və gələcək nəsillər boyu yaşayacaq miras qoyub. Azərbaycan xalqına əlamətdar gün münasibətilə sülh və firəvanlıq arzu edirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə