Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası başlayıb.
SİA-nın xəbərinə görə, onuncu sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, "Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş Seymur Talıbov da iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB