"Əfvlə bağlı hər bir müraciətə həssaslıqla yanaşıldı" - Əfv Komissiyasının üzvü
"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı imzaladı. Bu müstəqillik dövrünün ən böyük və ən çox məhkuma şamil olunan əfv sərəncamlarından biridir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.

Onun sözlərinə görə, yanvar ayından Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlamışdı: "14 iclas keçirdik və 2 minə yaxın müraciət müzakirə olundu. Hər bir müraciətə həssaslıqla yanaşıldı. Həm administrasiyanın üzvləri, həm hüquq-mühafizə orqanları, həm komissiyanın üzvləri müraciətlərlə bağlı fikir bildirdilər. Məhsuldar şəkildə keçən iclaslar nəticəsində müsbət rəy verilən sənədlər toplanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olundu".
Rəşad Məcid sözlərinə belə davam edib: "Biz, cənab prezidentə belə bir sərəncam imzaladığı üçün təşəkkür edirik. Artıq sərəncam imzalanandan bəri mənə və digərlərinə Əfv Komissiyasının üzvü kimi çoxlu təşəkkür mesajları gəlir. Bu mesajların hamısının tək ünvanı cənab Prezidentdir. Prezidentimizə bu qədər insanları sevindirdiyinə görə təşəkkürümüzü bildiririk".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB