Türkiyədəki seçkilərdə son durum necədir? - TÜRK EKSPERTLƏR ARASINDA SORĞU
Xəbər verdiyimiz kimi Türkiyədə 14 may tarixindən prezident seçkiləri keçirilir. Belə ki, artıq verilən səslər dəqiq şəkildə hesablanır. SİA mövzu ilə bağlı türk ekspert və politoloqların fikirlərini öyrənib.

Türkiyəli politoloq, uzun illər Türkiyə siyasətində aktiv rol almış Cihat Rahmi Akar: "Məlum olduğu üzrə iki aydır ki, Türkiyədə prezident seçkiləri gündəmdədir. Nəhayət, 14 may tarixində seçki günü gəlib çatdı və vətəndaşlar öz səslərini verdilər. Seçim müddətində hər hansı bir neqativ hal yaşanmadı deyə düşünürəm.
Sandıqların açılması ilə yanaşı təxminən 80 faiz qatılımın gerçəkləşdiyi məlum oldu. Hal-hazırda namizədlərdən olan cənab Rəcəb Tayyib Ərdoğan 49.29, Kemal Kılıçdaroğlu 45, Muharrem İnce 0.39, Sinan Oğan 5.22 civarında səsə sahibidirlər. Təbii ki, hələ yüzdə əlli səs lazımdır.
Hal-hazırdakı saylar nəticəsində qazanan hələ bəlli deyil. Həmçinin, xaricdən gələn səslərin sayılması da davam etdirilir. İndiyə qədər açılan 21.8 sandıqdan çıxan nəticələrə görə, cənab Rəcəb Tayyib Ərdoğanın xaricdən verilən səslərin 55.60, Kemal Kılıçdaroğlunun isə 41.38 səsə sahib olduğu görünür. Görünür ki, qazanan Rəcəb Tayyib Ərdoğan olacaq. Mən, xüsusilə Azərbaycandakı qardaşlarımıza duyurmaq istəyirəm ki, Rəcəb Tayyib Ərdoğan qalib gəlir. Ümid edirik ki, xaricdən verilən səslərin sayı tamamlandıqdan Ərdoğanın qalib gəldiyi açıqlanacaq.
İnşallah növbəti saatlarda və günlərdə daha dəqiq məlumat verəcəyik. Xaricdən verilən səslər hesablandıqdan sonra yenidən Türkiyə prezidentinin Rəcəb Tayyib Ərdoğan olacağı rəsmi olaraq açıqlanacaq".

Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı: "Türkiyə yüz ilin seçimini etdi. Prezident seçkilərində Kemal Kılıçdaroğlu ilə nisbətdə 5-6 xal Rəcəb Tayyib Ərdoğan öndədir. Rəcəb Tayyib Ərdoğanın 50-ni keçməsi üçün çox az xalı qalıb. Hələ cavablar barədə dəqiq bir nəticəyə gəlinməyib.
Ümumilikdə, Rəcəb Tayyib Ərdoğanın həm birinci, həm də ikinci turda qalib gəlmək ehtimalı çox yüksəkdir. Zatən ikinci turda 5-6 xal fərqlə rahatlıqla o qalib gələcək.
Vətəndaşların çoxu güvənə səs verdilər. Millətimiz dəyişim deyə israr edənlərə güvənmədi. Nəticələr həm dünya, həm də Azərbaycanla olan münasibətlərimiz baxımından da çox önəmlidir. Ən çox iki həftə sonra, yəni ikinci turda nəticələr bəlli olacaq və Rəcəb Tayyib Ərdoğanın qazandığını görəcəyik".

Türkiyə xarici siyasət analitiki Aydın Sezer: "Rəcəb Tayyib Ərdoğan seçkilərdə öndədir. Lakin prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50%-i keçə bilmədi.
Türkiyə Böyük Millət Məclisində isə Xalq Alyansı səs çoxluğu qazanıb. Bu nəticələri müxalifət üçün böyük sürpriz kimi qiymətləndirə bilərik. Çünki seçkiqabağı sorğuların əksəriyyətində Kemal Kılıçdaroğlu öndə idi. Mənim üçün də sürpriz oldu, Kılıçdaroğlunun ilk turda qalib gələcəyini proqnozlaşdırmışdım. Prezident seçkilərinin ikinci turunda Sinan Oğan faktoru önəm qazanacaq. Sinan Oğan dəstəkləməsə də, mən Ərdoğanı daha şanslı hesab edirəm. Müxalifət seçicilərinin 2-ci turda ruh düşkünlüyü və motivasiya itkisi səbəbindən həyəcanlarını itirəcəyini söyləyə bilərik. Ona görə də Ərdoğanın ikinci turda qalib gələcəyini deyə bilərik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB