“Üçüncü dünya müharibəsinin olması mümkün deyil” - POLİTOLOQ FİKİR BİLDİRDİ
“21-ci əsrdə baş verən münaqişələr göstərir ki, 3-cü dünya müharibəsinin olma ehtimalı çox aşağıdır. Çünki münaqişələrin xarakteri dəyişib, həm də bu əsrdə baş verən münaqişələr də daha çox hibrid müharibələridir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, bu münaqişələrdə dövlətlərdən çox, dövlət daxilində olan qeyri-dövlət qurumları, silahlı qüvvələr iştirak edir: “Bunlar vahid mərkəzdən idarə edilmədiyinə görə, bu münaqişələr müharibəyə çevrilmir.
Hazırda 3-cü dünya müharibəsinin olması üçün Amerika hibrid müharibəsi deyil də, ya Rusiya, ya da Çinə açıq müharibə elan etməlidir. İqtisadi sanksiyalar hibrid müharibənin bir növüdür. Əslində bu artistlik nümunəsidir. Yəni 3-cü dünya müharibəsinin baş verməsi üçün şərtlər yetişməyib. Üçüncü dünya müharibəsinin olması mövcud şərtlər daxilində mümkün deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB