"Malaziya orbitdəki mövqeyini Azərbaycana verəcək" - SAMƏDDİN ƏSƏDOV
"Malaziya orbitdəki mövqeyini Azərbaycana verəcək. Azərbaycan orbitdə 46-cı dərəcə meridianda yerəşir. Bu meridiana Malaziya höküməti tərəfindən 90-cı illərdə ərizə verilib. Yəni bu meridianı Azərbaycan Malaziya ilə bölüşür". SİA xəbər verir ki, bunu Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Malaziya ilə əlverişli əməkdaşlığımız nəticəsində Malaziya bu resursu Azərbaycana vermək qərarına gəlib. “İlini sonuna qədər Malaziya ilə bu prosesi sonlandıracağıq. 46-cı dərəcə tam Azərbaycanın mövqeyi olacaq. Bundan sonra biz istəsək, 5-6 peyk buraxa biləcəyik”,- deyə o bildirib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB